Yunus surəsi 15, 14-cü ayələrin təfsiri

  • 11 yıl önce
ADNAN OKTAR: Bismillah, hə. Şeytandan Allaha sığınıram. Yunus surəsi 15. "Açıq-aydın olan ayələrimiz onlara oxunduğu zaman," baxın, onlara Quran ayələri açıq-aşkar dəlillərdir, bağlı deyildir. Dəqiq, səlis, aydın olan, "açıq dəlillər olaraq oxunduğu zaman" Mövzunu açıqlığa qovuşduracaq, dəqiqləşdirəcək, aydınlığa qovuşduracaq dəqiqlikdə "oxunduğunda, Bizimlə qarşılaşmağı ümid etməyənlər," münafiqlər, fırıldaqlar, əhli küfr. "Deyərlər ki: ‘Bundan başqa bir Quran gətir və ya onu dəyişdir."  Budur bax xurafatçıların məntiqi. "Bundan başqa bir Quran gətir və ya onu dəyişdir." Necə olacaq bu? Xurafat ilə olar əlbəttə. Münafiqin dini xurafat üzərində quruludur. Quran əlavə olaraq da xurafat və yaxud mənə vəhy gəldi deyər, yeni əlavələr edər. "De : "Mən onu öz istəyimlə dəyişə bilmərəm."  "  Quranda nə varsa, mən ona əməl edərəm, deyir peyğəmbər əfəndimiz (s.ə.v.). "Mən yalnız mənə vəhy olunana tabe oluram." Quranda nə vəhy olunursa, deyir peyğəmbərimiz (s.ə.v.) mən onu edərəm. Mən öz başıma, öz düşüncəmə görə hərəkət etmirəm, deyir peyğəmbər (s.ə.v.). Nəyə görə hərəkət edər? "Mən yalnız mənə vəhy olunana əməl edirəm." Qurana görə hərəkət edirəm. "Əgər Rəbbimə asi olsam, həqiqətən mən, böyük günün əzabından qorxaram." deyir. Peyğəmbər (s.ə.v.) üsyan edə bilməz, inşaAllah.