Göyərtəsində 351 sərnişin və 20 ekipaj üzvü olan Rusiya təyyarəsi Dominikanda qəzaya uğrayıb. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, təyyarə havada ikən mühərrikdə nasazlıq yaranıb. Amma pilotlar çəndəki yanacağı boşaltmaq üçün iki saat havada qalmağa məcbur olublar.
Bundan sonra isə daha təhlükəli vəziyyət yaranıb. Təyyarənin ön şassiləri alışıb, tüstü salona dolub. Sərnişinlər arasında təşviş yaranıb.
Pilotlar təyyarəni uçuş zolağına endirməyə müvəffəq olublar. Sərnişinlər trapdan enərkən yanğın daha da güclənib və layner yanıb. Xəsarət alan olmayıb, sərnişinlər mehmanxanalara yerləşdiriliblər.

Category
🗞
Haberler