Biləsuvarda iranlı narkotik alverçisi yaxalandı

  • 9 yıl önce
Biləsuvar Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik alveri ilə məşğul olan İran İslam Respublikasının (İİR) vətəndaşı yaxalanıb.

Bu barədə APA TV-nin cənub bürosuna Biləsuvar RPŞ-nin müstəntiqi Fərid Soltanlı məlumat verib.

Onun sözlərinə görə, 41 yaşlı İran vətəndaşı Banı Nazi Mansoor Karman oğlu Biləsuvar sərhəd-buraxılış məntəqəsindən Azərbaycana keçərək, sərhədyanı ərazidə qaçaq yolla gətirilmiş narkotik maddəni satmaq istəyib. Lakin polisin keçirdiyi əməliyyat tədbirləri onun bu planının gerçəkləşməsinə imkan verməyib. İran vətəndaşı ümumi çəkisi 2,535 kq heroini şərti alıcıya satmaq istərkən yaxalanıb.

Polisə verdiyi ifadəsində saxlanılan şəxs narkotik maddənin satışını İrandan olan tanışının təklifi ilə reallaşdırmaq istədiyini bildirib. Bunun müqabilində isə ona 22 min ABŞ dollarının veriləcəyi vəd olunub.

Faktla bağlı Biləsuvar RPŞ-də Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Önerilen