Cəlilabadda minik avtomobili ağaca çırpıldı: 1 ölü, 1 yaralı

  • 9 yıl önce
Cəlilabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Cəlilabad şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Masallı rayonunun Kolatan kənd sakini Xəyal İlham oğlu Abıyevin idarə etdiyi "Mercedes" markalı, 10 UF 797 dövlət nömrə nişanlı minik avtomobili qəfildən idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Güclü zərbədən maşın deformasiyaya uğrayıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar. Onların səyi ilə maşının sürücüsünün meyiti və onun yanında yaralanmış həmkəndlisi Nicat Seyfəddin oğlu Babayev çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

İlkin versiya olaraq qəzaya səbəb kimi avtomobilin yüksək sürətlə idarə olunması bildirilir. Hadisənin dəqiq səbəbləri avtoekspertizanın yekun rəyindən sonra məlum olacaq.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Önerilen