Egeydə növbəti faciə: 24 qaçqın öldü

  • 9 yıl önce
Egey dənizində növbəti faciə baş verib.

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Türkiyənin Balıkəsir şəhərindən Yunanıstanın Midilli Adasına istiqamətlənən, göyərtəsində qanunsuz olaraq Yunanıstana keçmək istəyən qaçqınların olduğu qayıq batıb.

Sözügedən hadisənin kəskin hava şəraiti və qayığın icazə veriləndən artıq həcmdə yüklənməsi səbəbindən baş verdiyi ehtimal edilir.

Hadisə zamanı aralarında uşaqların da olduğu 24 nəfər ölüb, 4 nəfər isə xilasedicilərin köməyi ilə xilas edilib.

Önerilen