Taha surəsi, 114-125, 102-104 ayələrinin təfsiri

  • 9 yıl önce
Hörmətli Adnan Oktarın 29 dekabr 2010-ci il tarixli reportajından Taha surəsi ilə əlaqədar verdiyi izahlar.

ADNAN OKTAR: Taha surəsi 114-cü ayədə deyilir, şeytandan Allaha sığınıram: "Haqq Hökmdar olan Allah ucadır! Onun ayələrinin vəhyi sənə tamamlanmayınca Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Elmimi artır!”–de." Müsəlmanlar da, elmlərinin artması üçün Allaha dua etməlidirlər. "Ey Rəbbim, elmimi artır!"-deməlidirlər. Biz də Allaha: "Ey Rəbbim, elmimizi artır!"-deyə dua edirik. "Quranı oxumağa tələsmə", deməli, Quran düşünərək, təfəkkür edərək, başa düşərək, yavaş-yavaş oxumaq lazımdır. "Biz bundan əvvəl Adəmlə də əhd bağlamışdıq. Lakin o, əhdi unutdu və Biz onda əzm (qərarlılıq) görmədik." Allah, burada Adəm (ə.s)-da olan iki şeyə diqqət çəkir. Birinci, verdiyi əhdini unutmasına, ikinci isə əzmkarlıq göstərməməsinə. Allah: “Əzm görmədik”-deyir. Müsəlmanın yaddaşı çox güclü olmalı, çox diqqətli olmalı

Önerilen