Ənam surəsi, 125, 128-ci ayələrinin təfsiri

  • 9 yıl önce
Hörmətli Adnan Oktarın 17 iyul 2013-cü ildəki söhbətindən Ənam surəsi ilə bağlı izahları.

ADNAN OKTAR: Ənam surəsi, 125. Şeytandan Allaha sığınıram: "Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər.” Yəni iman etmək istəmədikdə Allah belə bir şey edə biləcəyini deyir. "Allah iman gətirməyənləri beləcə rəzalətə salar." Allah iman etməyənləri böhrana, çətinliyə salacağını bildirir. Məsələn bu, bilinməyən bir həqiqətdir. İman etməyənləri “böhrana salaram, çətinliyə salaram” deyir Allah. İman etdiklərində isə üstlərindən o çətinliyi qaldıracağını deyir Allah.

Ənam surəsi, 128: "(Allah) onların hamısını (bir yerə) toplayacağı gün (deyəcəkdir): Ey cin tayfası! Artıq siz insanlardan bir çoxunu özünüzə tabe etdiniz” Cinlərin təsirində olan çox insan var. Məsələn, bu da bilinməyən bir həqiqətdir. Adam onlara görə hərəkət edir.

Önerilen