Yusif surəsi, 23-29-cu və 21-23-cü ayələrinin təfsiri

  • 10 yıl önce
Hörmətli Adnan Oktarın 15 dekabr 2013-cü il tarixli söhbətindən Yusif surəsi ilə bağlı izahlar.


ADNAN OKTAR: Yusif surəsi; "Evində qaldığı qadın onu yoldan çıxartmaq istədi və qapıları bağlayıb: “Yanıma gəl!” dedi. Hz. Yusif (ə.s)-ı yanına çağırır, ancaq "(Yusif) Allaha sığınıram dedi." Qeyri-qanuni cinsi əlaqəyə çağırır, amma qəbul etmir hz. Yusif. "Çünki sənin ərin mənim ağamdır, yaxşı baxmışdır mənə. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!” Haram bir əlaqəni zülm olaraq görür, maşaAllah. Allah "And olsun qadın ona meyl etmisdi" deyir. Çünki hz. Yusif (ə.s) artıq çox gözəl gənc olmuşdu, amma eyni evdə qalırdılar. Bu da qatı dinçi olan qardaşlarımıza dəlil. Baxın, hz. Yusif (ə.s) gənc, cavan ikən, hz. Yusif (ə.s)-ın kölə olaraq xidmət etdiyi qadın da çox dəbdəbəli və çox gözəl bir qadın idi. Dekoltə geyinən, çox xoş görünüşlü bir qadın idi. Amma, diqqət edin, eyni evdə və təkdirlər, hz. Yusif (ə.s) onunla danışır. Həmişə birlikdədirlər. "And olsun qadın ona meyl etmişdi. Əgər Yusif Rəbbinin dəlilini görməsəydi, o da ona meyl edərdi. Amma yalnız "meyl etmişdi" deyir. Yəni cinsi əlaqəyə girmir. Yalnız "meyl etmişdi" deyir. "Beləcə, Biz pisliyi və çirkin əməli ondan uzaqlaşdırdıq. Həqiqətən, o, Bizim seçilmiş qullarımızdandır." Səmimi qullarımızdandır. Heç bir şəkildə zina etmir, Allahın ona vəhyi ilə qeyri-qanuni əlaqəyə girmir və onu qəbul etmir. Amma bax, "qadın ona meyl etmişdi" deyir, "o da qadına." Qadını görməsə, niyə meyl etsin ki? Deməli, bütün təfərrüatları görmüşdü, amma haram olan bir cinsi əlaqəyə girmir. Birinə meyl etmək, arzulamaq nədir? Görmədiyi bir qadını insan arzulaya bilərmi? Deməli, görüb. Görüb, çünki eyni evdə birlikdə yaşayırdılar. Çox zaman tək olurdular. "Qapıya tərəf ikisi də qaçdılar." Mənim canım necə də şirindi, hz. Yusif (ə.s) özünü xilas edə bilmək üçün can qorxusu çəkir. "Qadın Yusifin köynəyini arxadan çəkib cırdı." Qadın qüvvətli qadın imiş, çünki o dövrün köynəkləri çox möhkəm kətandan idi, inşaAllah. Amma şəhvətin çılqınlığından qadının gözü dönmüşdü. "(Tam) Qapının yanında qadının əri ilə qarşılaşdılar." Təbii ki, Allah qarşılaşdırır. "Qadın dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası, zindana salınmaqdan və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!" Cahil qadınlar belədir. Çoxları belədir, son dərəcə etibarsız və təhlükəlidilər. Çox mərhəmətsiz olurlar. Dərhal böhtan ata bilirlər. Qanunlar da lehlərinə işlədiyi üçün, yəni bir çox ölkələrdə qanunlar qadınların lehinə təşkil edildimişdir. Bundan da bir çox qadın sui-istifadə edərək bir sıra insanın başını bəlaya salırlar. Olmayan bir şeyi olmuş kimi göstərib başlarına bəla olurlar. Bax, qadın deyir ki; "Sənin ailənə pislik istəyənin cəzası, zindana salınmaqdan" bax, dərhal həbsə saldırmaq isdəyir. Halbuki, özü edir, "və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!" Sevgisinin olmadığı, yalnız şəhvətin dəliliyindən etdiyi açıq-aydın müəyyən olur. Sevgisi olan sevdiyinə bunu edərmi? Aydındır ki, şəhvətin vəhşiliyindəndir.

Bax, məhz burdakı mövzuda odur. Qadın Yusifə çata bilməyincə görün nə deyir?  "Sənin ailənə pislik etmək istəyənin cəzası, zindana salınmaqdan və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!" Çünki çata bilməmişdi. Çata bilməyincə qəzəb insana çirkin və səhv sözlər deməyə təhrik edə bilir və yaxud lazımsız mülahizələrə yol aça bilir. "(Yusif) Dedi: "O məni yoldan çıxarmaq istəyirdi."  Qadının yaxınlarından olan bir şahid belə şahidlik etdi: "Əgər onun köynəyi ön tərəfdən cırılıbsa, qadın doğru deyir, o isə yalançıdır." Massonluqda köynəyin bir qismini açırlar. O cırılmanı müdafiə üçün, yoxsa nə üçünsə sağ çiyni açırlar. "Yox əgər onun köynəyi arxadan çəkilib cırılıbsa, bu vəziyyətdə qadın yalan danışır və o doğru deyənlərdəndir." Hz. Yusif (ə.s)-ın da kürəyində möhürü-şərif var. Köynəyinin arxadan cırılması ilə ona da işarə vardır, inşaAllah. "Onun köynəyinin arxadan çəkilib-cırıldığını gördüyü an"  burda hz. Yusif (ə.s)-ın kürəyinə də diqqət edilir. Mehdiyyətə bir işarə var təbii, hz. Mehdi (ə.s.)-ın da, bilirsiniz, kürəyində xal olacaq, inşaAllah, "(əri): "Şübhəsiz, bu sizin qadın hiylələrinizdən (biri)dir." Deməli, qadınların bir qismi küfr içindədirsə, xüsusilə xainlik, oyun, tələ geniş şəkildə olar. Çünki kinli, qısqanc, paxıl olarlar. Qisqanclıq insanı yolundan azdırar. İntiqam almaq üçün hər cür dəlilik edə bilər. Quran diqqətli olmağın lazımlılığına işarə edir. "Həqiqətən sizin hiyləniz böyükdür." Yəni çox əhatəli hiylə qurmusunuz. Sizə dəstək olanlar da olar, deyir. "Yusif, sən bundan vaz keç", "bir daha danışma" deyir. Bax, adam çox düşüncəli biridir. Başqası olsa durub vurar, onlar cahil insanlardır. O dövrün insanı ağılı başında və müsəlman

Önerilen