Taha surəsi, 8-10-cu ayələrinin təfsiri

  • 11 yıl önce
ADNAN OKTAR: "Allah! Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Ən gözəl adlar təkcə Ona xasdır! Musanın əhvalatı sənə gəlib çatdımı? O zaman o, bir od görüb ailəsinə demişdi: “Dayanın! Mən bir od gördüm. Bəlkə, ondan sizə bir köz gətirdim, ya da odun yanında bir bələdçi tapdım!" Deməli, diqqət yetirən insan atəşi görə bilir, bir hadisəni görə bilir. Diqqət yetirməyən görə bilmir. Baxın, digərləri görə bilmir. İmanın nuru iti olduğu üçün hz.Musa (ə.s) görür. İlk atəşi o görür. Deməli, mehdiyyətlə əlaqədar atəşi görmək də imanın nuru ilə olur. Mehdiyyətin əlamətlərini, axırzamanın əlamətlərini də görmək imanın nuru ilə olur, təkcə Mehdi (ə.s)-ı deyil, Mehdi (ə.s)-ın çıxış əlamətlərini görmək də imanın nuru ilə olur. Məsələn, Kəbədə qan axıdılmasını milyonlarla insan görə bilmədi. Amma mehdiyyət və Mehdi (ə.s) tələbələri imanın nuru ilə gördülər. Məsələn, 15 gün ara verməklə Ay və Günəş tutulmalarını insanlar görə bilmədi. Amma Mehdi (ə.s) və tələbələri imanın nuru ilə gördülər. Firatın suyunun kəsilməsini milyonlarla insan görə bilmədi. Amma Mehdi (ə.s), mehdiyyət və Mehdi (ə.s) tələbələri gördülər. Ona görə də bütün mehdiyyət əlamətləri yalnız imanın nuru ilə görülər. Mehdi (ə.s) da imanın nuru ilə görülər. İsa (ə.s), dəccal imanın nuru ilə görülər. Dəccalın əlamətlərini daşıyan adam kafedə boş, məntiqsiz söhbətlər edir: "Dəccal da çıxmamışdır", "Axırzaman da gəlməmişdir". Halbuki, öz kitabları, öz yazdıqları kitablarda bütün əlamətləri saymış, hamısı baş verib. Baxın, indi işin daha da dəhşətlisi, o əlamətləri (axır zaman əlamətlərini) şəxsən özləri yaradırlar. Məsələn, öz şeyxləri pozğunla birlikdə şəkil çəkdirir. Bu axırzaman əlamətidir, özün etmisən sən. Lakin kor gözün görmür. Mənəvi cəhətdən kordur. Həqiqi korların isə axirətdə mövqeləri çox məqbuldur. Yəni korluq, vəlilik mövqeyi kimidir. Sən namazda, məsələn, bir savab qazansan, kor olan yeddi yüz savab qazanar. Savabı daha çoxdur inşaAllah. "Atəşi görmüşdü, ailəsinə belə demişdi" dərhal ailəsinə, sevdiklərinə deyir. Bizim ailəmiz İslamdır. Biz də əlaməti dərhal İslam aləminə xəbər verəcəyik. Hz.Musa (ə.s) da görən kimi atəşin dərhal əlamətini xəbər verir, susmur. Bizim ailəmiz İslamdır. İslam ailəsinə biz də dərhal xəbər veririk. "Musa dedi: "Dayanın ", diqqətli olun, müsəlmanlar hal-hazırda dəccaliyyətə qarşı diqqətli olmalıdırlar. Quranda da Allah bizi diqqətə  təşviq edir. Dayanma, durma nədir, nə üçün dayandırılar? Əlbəttə, ehtiyat və diqqət üçün dayanarlar. Deməli, qeyri-adilik olanda ehtiyat və diqqət lazımdır. "Mən bir od gördüm. Bəlkə, ondan sizə bir köz gətirdim" o atəşdən sizə bir parça gətirərəm. Faydalanacağınız, istifadə edəcəyiniz bir parça gətirərəm. "Yaxud odun yanında bir bələdçi tapdım!"  O atəşin yanında yol göstərəcək kimdir? Mehdi (ə.s)-dır. Mehdi (ə.s)-ın xüsusiyyətidir. Mehdi (ə.s)-a işarə var. Mehdi (ə.s)-ın çıxışı böyük bir atəşin zühuru ilədir. Oradakı atəş eyni zamanda buradakı atəşdir, ona işarə edir, inşaAllah.

Önerilen