Taha surəsi, 90-91, 93, 97-ci ayələrinin təfsiri

  • 11 yıl önce
ADNAN OKTAR: "Bundan əvvəl (Musa Tur dağından qayıtmamışdan) Harun onlara demişdi: “Ey qövmüm! Siz bununla ancaq sınağa çəkildiniz. Həqiqətən, sizin Rəbbiniz Mərhəmətli Allahdır. Mənə tabe olun və əmrimə itaət edin! Onlar: “Musa yanımıza qayıtmayınca biz ona sitayiş etməkdən əl çəkməyəcəyik!” – dedilər". Yəni qlobal inanclar, insanların yaratdığı inanclar, "biz bunlara bağlı olacağıq" deyirlər. Bax,  hz. Musa (ə.s) qardaşına deyir ki: "Niyə arxamca gəlmədin? Niyə əmrimdən çıxdın?". "Dedi ki: "Ey anamın oğlu! Saqqalımdan, saçımdan tutma". Buradan aydın olur ki, Harun (ə.s)-ın saqqalı və saçı uzun olub. Saqqallının, saçının uzun olduğu aydın olur. "Doğrusu, mən sənin: “İsrail oğullarını bir-birindən ayırdın, sözümə baxmadın!” – deyəcəyindən qorxdum"― baxın "İsrailoğulları arasında ayrılıq saldın", İsrailoğulları kimlərdir? O dövrün müsəlmanları idi. Ayrılıq çıxarmaması üçün nə qədər də ciddi yanaşır, görürsənmi? "Sözümə baxmadın!" - deyəcəyindən qorxdum. Musa dedi: “Məqsədin nə idi, ey Samiri?”. "Dedi ki: "Mən onların görmədiklərini gördüm". "Müsəlmanların görmədiklərini gördüm" deyir. "O dedi: “Mən onların görmədiklərini gördüm. Mən o elçinin ləpirindən (Cəbrailin atının ayağı dəydiyi yerdən) bir ovuc torpaq götürdüm və onu bəzək əşyalarının üstünə atdım. Nəfsim məni buna sövq etdi”. (Nəfsim bu işi mənə xoş göstərdi, mən də ona uydum)." Yəni Allahın hökmünü dəyişdirir. (Musa) dedi: “Çıx get burdan. Həyatın boyu (cəza olaraq): “Bir kəs mənə toxunmasın (mən də bir kəsə toxunmayım)!” – deməli olacaqsan. (Heç kəs səni dindirməyəcək, süfrəsinə buraxmayacaq, səninlə alış-veriş etməyəcək. Heç kəslə ünsiyyət qurmayıb tamamilə təcrid olunmuş bir vəziyyətdə yaşayacaqsan. Dəhşət səni bürüyəcək). Hələ səni əsla qaçıb canını qurtara bilməyəcəyin daha bir vədə (qiyamət günü) gözləyir. Sən sitayiş etdiyin məbuduna bax. Yəni indiki Darvinizm, materializm. Biz onu yandıracaq, sonra da dənizə sovuracağıq!" Burada bildirilən qızılın toz halına gətirilməsi ayrı bir elmdir. Xüsusi bir elmdir, inşaAllah.

Önerilen