Kəhf surəsi, 79-83 ayələrinin təfsiri

  • 9 yıl önce
Hörmətli Adnan Oktarın 28 oktyabr 2012-ci il tarixli söhbətindən Kəhf surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Kəhf surəsi, şeytandan Allaha sığınıram: "Gəmiyə gəlincə, o, dənizdə çalışan kasıb adamlara məxsus idi." Burada gəmi, dəniz, çalışanlar və kasıb insanlar var. Məsələn, Axırzamanda kəndli, işçi qardaşlarımız çox işləmələrinə baxmayaraq əksəriyyəti kasıb olacaq, Axırzamanın bir əlamətidir bu. Çünki zəkat, fitrə, sədəqə, ictimai köməkləşmə zəiflədiyinə görə, zənginlərlə kasıblar arasında (böyük) bir fərq əmələ gəlmişdir. Yəni bəzi yerlərdə uçurum qədər (həddindən artıq) fərq var. Bilirisiniz ki, hz. Mehdi (ə.s) bu uçurumu düzəldən bir insandır. Hz. Mehdi (ə.s) ictimai uçurumu, maddi fərqliliyi, zənginliyi nizamlayacaqdır, inşaAllah. "Onu xarab etmək istədim."-deyilir ayədə. Deməli hz. Xızır (ə.s) bəzən belə şeylər edir. Bəlkə bir döyüş çıxarda bilər, bir binanın çökməsinə vəsilə ola bilər, bəlkə çox böyük bir hadisə meydana gətirə bilər. "(Çünki) on