Şəms surəsi, 1-14-cü ayələrin təfsiri

  • 10 yıl önce
Hörmətli Adnan Oktarın 24 may 2013 -ci il tarixli söhbətindən Şəms surəsi ilə bağlı izahlar.

ADNAN OKTAR: Baxın, tezliklə arxasınca Şəms surəsi gəlir və mütləq ki, mehdiliyə işarə edir. Mərhəmətli və Rəhmli Allahın adı ilə. Allah əvvəlcə fəcrdən bəhs edirdi, indi isə günəşdən bəhs edir. Artıq günəş doğmuşdur. Allah “and olsun günəşə və onun saçdığı şəfəqə”-deyə and içir (Şəms surəsi, 1). Şeytandan Allaha sığınıram. Yəni, hz. Mehdi (ə.s)-a və saçdığı nura and içir inşaAllah. “And olsun ondan sonra zühur edən aya” (Şəms surəsi, 2). Burada hz. Mehdi (ə.s)-ın köməkçilərinə də işarə edilmişdir. Aya da diqqət çəkilir, amma hz. Mehdi (ə.s)-ın köməkçilərinə də işarə edilir. “And olsun günəşi açıqlığa çıxardan gündüzə” (Şəms surəsi, 3). Bax onu günəş açıqlığa çıxardır və artıq gündüz olmuşdur. Hər tərəf işıqlanmışdır. Zülmət və qaranlıqlar ötüb keçmişdir. “And olsun günəşi bürüyən gecəyə” (Şəms surəsi, 4). Bu dəfə isə qaranlıqların, arxasınca qaranlıq gəlir. “And olsun göyə və onu qurana!” (Şəms surəsi, 5). Baxın Allah həmişə iman həqiqətlərinə diqqət çəkir. Allah “Ay, günəş, göy, onun qurulması, fizika qanunları, bunları araşdırın”-deyir. “And olsun yerə və onu döşəyənə” (Şəms surəsi, 6). Allah yeri öyrənən elmlər vasitəsilə “yeri araşdırın”-deyir. Allah “bitkiləri araşdırın”-deyir. “And olsun nəfsə və onu yaradıb kamilləşdirənə” (Şəms surəsi, 7). Qızıl nisbətlə və ən düzgün şəkildə yaradılmışdır. Allah “bunları da araşdırın”-deyir. “Ona günahları və Allahdan qorxmağı təlqin edənə” (Şəms surəsi, 8). Yəni, insan bir pislik etdiyində “mən xəbərsiz olduğum üçün etdim”-deyir. Çıx get burdan! Heç xəbərsiz olarsanmı? Xeyr, əlbəttə ki, bilirsən. Hər səhvlik və hər anormal hərəkət mütləq bütün insanlara ilham edilir. Qəsdən etdiyi üçün insanların üzü qara olur. Yəni, vicdansız deyərlər. Hər bir məlumat, bir insanın etdiyi səhvlər, məsələn, danışarkən etdiyi bir şıltaqlıq dərhal ona bildirilir. İnsan bilsə belə, yenə də edər. Baxın, hər insana uşaqlıqdan etibarən, ölənə qədər hər an doğru olan şeylər ürəyinə vəhylə bildirilir. Məsələn, pis bir söz danışacaq, elə deyilmi? Allah “o səhvdir, onu demə”-deyir. Ürəyinə ilham edir, lakin buna baxmayaraq yenə deyir. Onsuz da sonradan onun gərginliyini yaşamağa başlayır. Məsələn, səsi batar, ağlayar, hirslənər, təzyiqi qalxar və ya düşər. Allahın dediyini etmədiyi üçün iztirab çəkər. Allahın dediyini etsə, ürəyi rahat olacaqdır. “Mən bilmirəm”-deyir. Bax bir Allah nə deyir. “Ona günahları və Allahdan qorxmağı ilham edənə”. İlham nə deməkdir?. İlham vəhy deməkdir. Allah “ikisini də ilham edirəm”-deyir. Bax əvvəlcə təcavüzkarlığı, pis rəftarı ilham edir. Məsələn, adam “necəsən?”-deyir, o isə “sənə nə dəxli var”-deyir. “Necəsən?”-dediyində ona “əlhəmdülillah, Allah razı olsun yaxşıyam,”-deyə bilər. Amma Allah “sənə nə dəxli var” deməyi ilham edir. “İkisini də deyə bilərsən”-deyir. Amma doğru olan, “əlhəmdülillah, Allaha həmd olsun, bəs sən necəsən?” deməyidir. Allah onu da ilham edir. O isə yanlış olanı seçir. Vəhylə bildiriləni, doğru olanı seçmir. Bax, “nəfsini günahdan təmizləyən uğur qazanmışdır” (Şəms surəsi, 9). Bəs pak etmək nə deməkdir? Deməli, əvvəlcə bir şeyin pak halı gəlir, neft gəlir eləmi?. Təmizlənməmiş emal edilməmiş vəziyyətdə gəlir, sonra isə qətrandan təmizlənir. Heç bilmirəm nədən təmizlənir. Onun içindən isə saf olaraq benzin alınır. Məsələn, təyyarə benzini alınır. Emal edilir, təmizlənmiş hala gətirilir. İnsan da məhz yanlış və doğru məlumatın ikisini də birdən verir. Vəhyi eşidib təmizləyəcəkdir. Doğru olanı edəcək, yanlış hissəsini isə istifadə etməyəcəkdir. Bax, “nəfsini günahdan təmizləyən uğur qazanmışdır”, təmizləmək lazımdır. Deməli, bir kir halında gəlir. Çirkliləri atırsan, təmiz olan isə sənə qalır. Bəs təmizləmək nə deməkdir? Pis şeyi kənara atıb, xeyirli olandan faydalanırsan. Allah “uğur qazanmışdır”, “bunlar xilas olmuşdur”-deyir.

“Və onu günaha batıran isə”, yəni qışqırıb çağırıb, tərsliklə, harama girərək, Quranın hökmünü dinləməyərək “batıran isə”  bəs necə batırır? Demaqoqluq edir. "Əslində mən ona elə demək istəməmişdim, siz səhv başa düşdünüz. Əslində mən ona niyyətlə elə dedim." Bunlar həmişə ört-basdır etməkdir. İnsanlar bununla çox rastlaşır, beləcə ört-basdır edərlər. Açıq-aşkar şəkildə edərlər, məsələn məlum olan bir şeyi ört-basdır edib, onu anlamazlıqdan gələrlər. “Mən oradaca görüb fərqinə varsaydım, dərhal bunu edərdim. Orada işıqdan gözlərim qamaşmışdı, yəni görə bilmədim. “Yəni, yalan uydurur. Bax Allah ona: -“günaha batırmaq”-deyir. Bax, “Onu günaha batıran isə ziyana uğramışdır” (Şəms surəsi, 10). Allah: -“o məğlub