Həcc surəsi 1-4-cü ayələrin təfsiri

  • 11 yıl önce
ADNAN OKTAR: Həcc Surəsi. Rəhman Rəhim olan Allahın adıyla. Şeytandan Allaha sığınıram. "Ey insanlar, Rəbbinizdən qorxun! Həqiqətən, o saatın sarsıntısı müdhiş bir şey olacaqdır." Meydana gələcək zəlzələ və sarsıntı böyük bir şeydir, deyir. Adət etdiyiniz zəlzələlərə bənzəməz, adət etdiyiniz sarsıntılara bənzəməz, çox şiddətli olacaqdır, deyir Allah. "Onu görəcəyiniz gün hər  bir əmzikli qadın əmizdirdiyini unudacaq," əmizdirdiyi uşağını unudub "(özündən) gedəcək." Bax özünü itirəcək, özündən gedəcək və uşağını unudacaq, şüuru bağlanacaq və uşağını unudacaq, deyir Allah. "Və hamilə olan öz yükünü salacaq." İnsan olsun, heyvan olsun, hamilə olan hər bir varlıq mütləq yükünü salacaq, hadisənin şiddətindən, qorxunun və çaxnaşmanın şiddətindən. Ayrıca, bu möcüzə olaraq olur, təbii ki, normalda uşaq düşməyə də bilər, amma hamısının düşəcək, bütün hamilələrin, deyir. "Hər hamilə öz yükünü salacaq. İnsanları  sərxoş  görəcəksən." Baxın, "İnsanları  sərxoş  görəcəksən, halbuki, onlar sərxoş olmayacaqlar." Hər hansı bir içki və ya narkotikdən qaynaqlanan bir sərxoşluq içində deyildirlər. Qorxudan, qorxunun şiddətindən sərxoş hala gəlmişlər, deyir Allah. "Ancaq Allahın əzabı çox şiddətlidir. İnsanlardan  eləsi var ki, heç nə bilmədiyi halda Allah haqqında mübahisə edir və hər bir ası şeytana itaət edir ." Budur, Doğu Ergil müəllim kimi, ortaya çıxıb danışar. "Və hər bir asi olmuş şeytana itaət edər." Harada anormal bir fikir varsa, harda anormal bir düşüncə varsa, gedər onun arxasınca, deyir Cənab Allah. "Onun haqqında belə yazılmışdır: "Kim şeytanla dostluq edərsə," şeytanı vəli etsə, "şeytan onu doğru yoldan çıxardıb alovlu Odun əzabına sürükləyər."  Mütləq insanı çaşdırıb yoldan azdırar. Normal düşüncədən, normal mühakimədən çölə çıxarar, anormal düşünməsinə səbəb olar. 

Önerilen