Məryəm surəsi, 12-13-cü ayələrin təfsiri

  • 9 yıl önce
Hörmətli Adnan Oktarın 15 mart 2013-cü il tarixli söhbətindən Məryəm surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Məryəm surəsi, 12-ci ayədə Allah belə buyurur: "Ey Yəhya! Kitabdan möhkəm yapış!” (– deyə vəhy etdik). Biz ona uşaq ikən hikmət bəxş etdik. Ey Yəhya! Kitabdan möhkəm yapış!" –deyir Allah. Axırzamanda da hz. Mehdi (ə.s) Quranı əsas tutacaq. Qurana çox möhkəm sahib çıxacaq. "Biz ona uşaq ikən hikmət bəxş etdik."-buyurur Allah. Deməli, hz. Mehdi (ə.s) da hələ uşaqlıqdan gözəl əxlaqa sahib olacaq. Mərhəmətli və şəfqətli olacaq.

Görün ayədə nə deyilir: "Üstəlik Öz tərəfimizdən bir şəfqət və paklıq da bəxş etdik." Deməli, hz. Mehdi (ə.s) sevgiyə çox meyilli olacaq. Həm sevməkdən, həm sevilməkdən çox xoşlanacaq. Ona işarə var ayədə və "paklıq" deyir Allah, yəni, Mehdi çox təmizkar olacaq. Ayə buna da işarə edir. “O, müttəqi idi.” Yəni, hz. Mehdi (ə.s) da dinə