Məryəm surəsi, 30-31, 33-cü ayələrin təfsiri

  • 10 yıl önce
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram; Məryəm surəsi gəldi. "(İsa) Dedi ki: "Şübhəsiz mən Allahın quluyam. (Allah) Mənə kitabı verdi və məni Peyğəmbər etdi." Əbcədi 1410-1412 və 1462 tarixlərini verir. Şəddəli, tənvinli 1462, inşaAllah. "Harada olsam (olum) məni müqəddəs etdi və həyat sürdüyüm müddətcə, mənə namazı və zəkatı vəsiyyət (əmr) etdi." Hz. İsa (ə.s) gələndə namaz qılacaqdır, zəkat verəcəkdir, inşaAllah. "Harada olsam (olum)" bəzən Afrikada olacaqdır, bəzən Asiyada olacaqdır, bəzən dünyada, bəzən Allahın yanında olacaqdır, elə deyilmi? "Harada olsam olum" deyir. Çünki Allah onu iki yerdə yaşadır, bir dünyada, bir də öz yanında. Öz yanında da namaz qılır. Allahın qatında da. Hətta ayədə deyir Allah; "Mələklər və Məsih Allaha qul olmaqdan çəkinməzlər" deyir. Qəti çəkinməzlər. Yəni ibadətlərini edərlər, Allahın yanında ibadətlərini etməyə davam edir, namazlarını qılır İsa Məsih (ə.s). Bax, ona da diqqət çəkir Allah; "Harada olsam (olum) məni müqəddəs etdi və həyatda olduğum müddətcə, mənə namazı və zəkatı vəsiyyət (əmr) etdi."

 

 Allahın qatında da həyatı davam etdiyi üçün Quran buna diqqət çəkib. Baxın "Mələklər və Məsih", başqa heç bir peyğəmbər haqqında belə bir şərh yoxdur. Bir tək Məsih (ə.s) üçün deyir. "Mələklər və Məsih Allaha qulluqdan əsla çəkinməzlər" deyir. İbadət şəklində, inşaAllah. "Salam üzərimədir; doğulduğum gün, öləcəyim gün və diri olaraq yenidən-qaldırılacağım gün də." 1987, 2007 və 2057 tarixlərini verir ayə. 33-cü ayə ki, 33 yaşında göyə qaldırılmışdır, elə deyilmi? Ona da işarə edir. "Salam üzərimədir; doğulduğum gün, öləcəyim gün və diri olaraq yenidən-qaldırılacağım gün də." inşaAllah.