Qaf surəsi, 1-3-cü ayələrin təfsiri

  • 10 yıl önce
ADNAN OKTAR: Rəhman Rəhim olan Allahın adı ilə. Şeytandan Allaha sığınıram. Qaf surəsi, 1-ci ayə: “Onlara öz aralarından xəbərdarlıq edən (bir peyğəmbər) gəlməsinə təəccüb edən kafirlər dedilər: “Bu çox qəribə bir şeydir. Məgər biz ölüb torpaq olduqdan sonra (yenidən diriləcəyik)? Bu, (həqiqətən) uzaq (qeyri-mümkün) bir qayıdışdır!”

Bu nədir? İman zəifliyidir. Baxın, Quranda hansı səhifəni açsaq iman zəifliyi ilə qarşılaşırıq. Biz nə edirik? İman zəifliyini aradan qaldırmaq üçün iman həqiqətlərini izah edirik. Quranda ən çox izah edilən mövzu, hakim mövzu, 70-80% həmişə iman zəifliyidir və ona qarşı alınacaq tədbirlərdir.