"Çörəyi Barmaqlayanlar" XÜSUSİ ARAŞDIRMA

  • 5 yıl önce
Artıq bir aya yaxındır ki, ölkədə ərzaq məhsullarının qiymətində artım müşahidə olunur.




Bu məhsulların arasında topdan satış məntəqələrində əsas bahalaşan məhsullardan biridə un məmulatıdır.

əgər əvvəl unun bir kisəsi 26 manat və ya 26 man. 50 qəp. dəyərində satışa çıxarılırdısa indi bu qiymət 28-29 manat arasında dəyişir.

Çörək istehsalı ilə məşğul olan müəssisələr isə bu qiymət artımını əlində bayraq tutaraq, bu halı öz lehinə dəyişərək çörəyin çəkisini azaldaraq istehlakçı hüquqlarını pozurlar.

Qalanews.com əməkdaşları öz araşdırmasında belə halları demək olar şəhərin bütün mağaza və dükanlarında, hətta böyük marketlərdə belə müşahidə edib.

Bir özəl marketə daxil olduq.Çörək alarkən onu elektron tərəzidə çəkərək çörəyin real çəkisini öyrəndik.

Əgər normalda bir zavod çörəyinin çəkisi 625 qram olmalıdırki, faktiki çəki 558 qram göstərir.

Burada artıq hər hansı bir quruma zəng edib maraqlanmağa ehtiyac qalmır

Bu hələ şahid olduğumuz bir haldır.

Nəzərə alsaq ki , ölkədə çörək istehsalı ilə məşğul olan onlarla müəssisə var axtardığımız sualın cavabına ehtiyac qalmır.

Məhz ele buna görədə müvafiq qurumlardan bu istiqamətdə tədbir görmələrini xahiş edirik.


Önerilen