Quran yandırılmasına cavab - Protest against Koran burning

  • 14 years ago
Sentyabr ayının 14-ü İçərişəhər "Cümə" məscidinin dini icmasının nümayəndələri ABŞ-da Quranın yandırılmasına etiraz olaraq Bakıda yerləşən Rus Pravoslav Kilsəsi, Moskva Patriarxatı Jen-Mironosets Kafedral kilsəsi önünüdə, əllərində Qurani-Kərim, gül dəstələri və Azərbaycan bayraqları ilə aksiya keçirdilər. Aksiyada İçərişəhər "Cümə" məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu Quranın yandırılma cinayətini terror adlandırmışdır və bunu törədənlərin xristianlığa heç bir aidiyyəti olmadığını bildirmişdir. Kilsənin mətbuat katibi Konstantin ata öz növbəsində həmin cinayəti törədənlərin heç bir dinə mənsub olmadıqlarını bildirərərk onların əslində Allahsız olduqlarını bəyan etmişdir.

Category

🗞
News

Recommended