Ilhame Quliyeva - Yashadaq sevgini (mus. E. Sabitoglu)

  • vor 3 Jahren
İlhamə Quliyeva - Yaşadaq sevgini
Musiqi / Music : Emin Sabitoğlu (1937-2000)
Sözləri / Lyrics : Ramiz Heydər

Nə yaxşı, sevirik, sevilirik biz!
Nə yaxşı, könlümüz eşq odundadır!
Dil açıb dinəndə məhəbbətimiz,
Könlüm qaranquş qanadındadır.
Nəqərat:
Dünyanın xoşbəxti, bəxtiyarıyam,
Əriyir sevginlə kədərim, qəmim…
Açıram könlümü ulduza, aya,
Bülbüllər səsimə səs verir mənim.
Qəlbindən qəlbimə qığılcım düşüb,
Yanıram düzlərdə al lalələrlə,
Könlüm dalğalarla kükrəyir, coşur,
Axıram dağlarla, şəlalələrlə.
Sevdalı könlümüz bahardır, yazdır,
Hər vaxt sevgi ilə döyünsün ürək!
Ancaq sevmək azdır, sevilməz azdır,
Sevgini əbədi yaşatmaq gərək!

Category

🎵
Music

Empfohlen