Rauf Adıgözəlov - Unutdun meni (mus. V. Adıgözəlov)

  • vor 3 Jahren
Musiqi / Music : Vasif Adıgözəlov(1935-2006)
Sözləri / Lyrics : Aslan Aslanov

Mən təsəlli umardım sənin baxışlarınla,
Əl çəkərdim yolunda həyatımdan, varımdan.
Unutdun məni, sən atdın məni,
Dedim, gülərəm; ağlatdın məni, a yar!

Nəqərat:
İndi o anlar, ötən zamanlar
Uzaqda qaldı mənim ilk sevgim.
O nakam eşqim, inan, xəyaldır!..
(Unutdun məni, sən atdın məni,
Dedim, gülərəm; ağlatdın məni, a yar!)

Dedim, gülərəm – gülər üzümə bahar,
Açar bağçamda güllər, saf eşqimiz də, ay yar.
Sənsə gəlməzdin, deyib gülməzdin,
Qəlbimdə yanan odu bilməzdin, a yar!..

Empfohlen