"Pəncərə" filmindən (1991) "Əzizim, yoxla məni" mahnısı. Musiqisi Mobil Babayevin, sözlər Azərbaycan xalq bayatılarıdır. Film anasız, atasız internatda böyüyən uşaqlara həsr olunub.
Əzizim, yada gəlləm,
Sirr vermə yada, gəlləm.
Ağlama, xumar gözlüm,
Ya ölləm, ya da gəlləm.
Nəqərat:
Əzizim, yoxla məni,
Ox götür, oxla məni.
Nə anam var, nə atam,
Hərdən gəl, yoxla məni...
Əlində var barama,
Əl vurmayın yarama.
Anam tutsun çırağım,
Bacım baxsın yarama.
Ay doğdu peşman-peşman,
Gün oldu ona düşman.
Pünhan ağla, gözlərim,
Nə dost bilsin, nə düşman.
Əzizim, yada gəlləm,
Sirr vermə yada, gəlləm.
Ağlama, xumar gözlüm,
Ya ölləm, ya da gəlləm.
Nəqərat:
Əzizim, yoxla məni,
Ox götür, oxla məni.
Nə anam var, nə atam,
Hərdən gəl, yoxla məni...
Əlində var barama,
Əl vurmayın yarama.
Anam tutsun çırağım,
Bacım baxsın yarama.
Ay doğdu peşman-peşman,
Gün oldu ona düşman.
Pünhan ağla, gözlərim,
Nə dost bilsin, nə düşman.
Category
🎵
Musik