Tayyar BAYRAMOV-Ana Dilim Ölen Deyil

  • 9 yıl önce
ANA DİLİM ÖLƏN DEYİL (ANA DİLİM ÖLEN DEYİL)
Aylar ötür, il dəyişir,
Geden geri donən deyil.
Laçın könlüm pərvaz edir,
Səmasından enən deyil.

Bir dağam ki, göydə başım,
Çox qədimdir mənim yaşım.
Alovlansa bircə daşım,
Milyon illər sönən deyil.

Azərbaycan - mənim elim,
Azərbaycan - mənim dilim
Doğransa da dilim dilim
Başqa dilə çönən deyil

Həm Arazam, həm də Kürəm,
Axıb Xəzərə tökülləm.
Dilim ölsə, mən də ölləm
Ana dilim ölən deyil

Vaqif deyər, aram-aram,
Şairlikdə mən də varam.
Öz dilimlə bəxtiyaram,
Onsuz üzüm gülən deyil,
Ana dilim ölən deyil.

Hem Arazam,hem de Kurem,
Axib Xezere tokullem,
Dilim olse men de ollem
Ana dilim olen deyil
Basqa dile donen deyil

Yöre: AZERBAYCAN
Söz: Vaqif KƏHRİZLİ

(DEM BU DEM-2008)

Category

🎵
Müzik

Önerilen