Ənam surəsinin 76-81-ci ayələrinin təfsiri

  • 9 yıl önce
Hörmətli Adnan Oktarın 13 oktyabr 2012-ci il tarixli söhbətindən Ənam surəsi ilə əlaqədar verdiyi şərhlər.

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram.

Ənam surəsi, 79-cu ayə. "Doğrudan da mən, hənif olaraq", yəni Allahın vahidliyini müdafiə edən bir adam olaraq, "üzümü göyləri və yeri yaradana çevirdim. Mən müşriklərdən deyiləm”. Hz. İbrahim (ə.s): "Tək olan Allaha inanıram" deyir. "Qövmü onunla höcətləşdi. O dedi: “Allah məni doğru yola yönəltdiyi halda, siz Onun barəsində mənimlə höcətləşirsiniz?". O dövrdə də darvinist və materialist düşüncəyə sahib insanlar vardır. İnanmadıqları üçün hz. İbrahim (ə.s)-la Allahın varlığı haqqında mübahisəyə girirlər. "Rəbbimin istədiyi şeylərdən başqa mən, sizin Ona şərik qoşduqlarınızdan qorxmuram. Rəbbim elmi ilə hər şeyi əhatə etmişdir. Məgər öyüd alıb düşünməyəcəksiniz?. Siz, Allahın sizə haqqında heç bir dəlil nazil etmədiyi şeyləri Ona şərik qoşmaqdan qorxmursunuzsa, mən sizin şərik qoşduq