Yasin surəsinin 78-81-ci ayələrinin təfsiri

  • 9 yıl önce
Hörmətli Adnan Oktarın 29 noyabr 2012-ci il tarixli söhbətindən Yasin surəsi ilə əlaqədar verdiyi şərhlər.

ADNAN OKTAR: Yasin surəsi, 78-ci ayə. Şeytandan Allaha sığınıram. Allah: "Öz yaradılışını unudaraq" deyir. İnsan əvvəlcə bir öz yaradılışını araşdırar. Molekulyar quruluşunu, vakuolları, mitoxondriləri, ribosomları hər şeyi bir araşdırar. Amma Allahın nə dediyinə bir bax; "öz yaradılışını unudaraq", yəni öz yaradılışını araşdırmayaraq, cahil kimi araşdırmadan, "bizə bir məsəl çəkdi. O dedi: “Çürüyüb sıradan çıxdığı halda", yəni molekulyar quruluşu çürüyüb, korlanıb, dağıldığı halda, "bu sümükləri kim dirildə bilər?". Kim onlara həyat verə bilər? "De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir"". Allah bunu bir dəfə etmişdirmi?. O: "Bir dəfə də edəcəyəm" deyir. Edə bilməyən heç edə bilməz. Bir dəfə edibdirsə edə bilər, onsuz da etdiyini açıq-aydın görürsən. Əllə tutub, gözlə görürsən. Beş duyğu