Əraf surəsi, 176, 179- cu ayələrin təfsiri

  • 10 yıl önce
ADNAN OKTAR: Bax, gizli bir işarə verdim. Onun içində axtarsınlar. Baxın, mən dedim ki, "Allahı sevən, səmimi olan heç bir müsəlman cəhənnəmə getməz". Və eyni zamanda cəhənnəm əhli üçün də çox əhəmiyyətli bir dəlil verirəm. Allah deyir ki, "Gözləri vardır görməz, qulaqları vardır eşitməzlər". Ən həyati nöqtəni söyləyirəm: "sən onları diri zənn edərsən onlar ölüdür" deyir. Bir çox insan küçədə ölü olaraq gəzər. Ölülər gəzir, insanların xəbəri yoxdur. "Dilini çıxarıb ləhləyən it kimidir" deyir. Yəni bir şey desən də, deməsən də fərq etməz. "Sənə baxdıqlarını görərsən" deyir. Axmaq-axmaq baxar sənə. Amma ölüdürlər. "Yeriyən, danışan,  ölü" deyirlər, filmlərdə vardır. Yəni yeriməsi, danışması ölü olmasını dəyişdirməz. Yəni plastikdən də bir insan düzəltsən, məsələn, robotu insana tam oxşadaraq düzəltsən insan olmadığını bilməzsən. Ölüdür. Allah: "Belə ölülər var" deyir. Amma hamısı Allahın ruhunu daşıyar. Allahın ruhunu daşımayan heç bir yer, heç bir şey yoxdur. Bütün cisimlərdə, hər şeydə Allahın ruhu vardır.