Şura surəsi,13-cü ayənin təfsiri

  • 11 yıl önce
Adnan Oktar: Şeytandan Allaha sığınıram. Şura surəsi 13-cü ayə: "Allah Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: "Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!" Hamısında eynidir, bütün peyğəmbərlərə eyni din gəlir. "... qanun etdi" deyir, hamısı İslam dinidir. "Sənin dəvət etdiyin tövhid müşriklərə ağır gəldi". Biz müşriklərə nə deyirik? Gəlin, Qurana uyun. Müşriklər nə deyir? "Yox, biz xurafata uyacağıq, uydurmalara uyacağıq". Quranı qəbul edirmi? Etmir. "Allah istədiyi kəsi Özü üçün seçər və Ona üz tutanı Özünə tərəf yönəldər". Cənabı Allah, 'Səmimi olaraq İslama yönələni hidayət edərəm' deyir  inşaAllah.