Ənkəbut surəsi, 14-cü ayənin təfsiri

  • 10 yıl önce
Hörmətli Adnan Oktarın 24 mart 2013-cü il tarixli söhbətindən Ənkəbut surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Qurani kərimdə, Ənkəbut surəsi 14-cü ayədə belə deyilir. Şeytandan Allaha sığınıram. “Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O, min ildən əlli il az bir müddət ərzində onların arasında qaldı. Tufan onları zülm etdikləri zaman yaxaladı”. Yəni, 950 il sonra küfr sona çatır və küfr artıq bitir. Bilirsiniz ki, türklər hz. Nuh (ə.s)-ın nəslindəndir. Hz. Nuh (ə.s)-ın Yasir adlı oğlu var idi, belə ki, türklərin də həmin nəsildən gəldiyi deyilir, inşaAllah. Onsuz da hər kəs hz. Nuh (ə.s)-ın qövmündən, hz. Nuh (ə.s)-ın nəslindəndir. İndi dünyadakı hər kəs hz. Nuh (ə.s)-ın nəslindəndir. Bilirsiniz ki, biz türklər 1071-ci ildə Anadoluya gəldik. Anadoluda məskunlaşdıq, Allah buranı 1071-ci ildə bizə yurd etdi. 1071-ci ilin üstünə 950 il də əlavə etsək, nə alınar?. 2021-ci il alınar, bəs bu nə deməkdir?. Bu Allahın izni ilə Nuh tufanı kimi, küfrün də 2021-ci illərdə bitəcəyi deməkdir. Nə darvinizm, nə də materializm deyə heç bir şey qalmayacaq. O 950 ilin hikməti də budur. Hz. Nuh (ə.s)-ın övladları olan bizlər Anadoluya gəlməyimizdən 950 il sonra İslam Birliyini dünyaya yayacağıq, inşaAllah. 1071-ci ilin üstünə 950 il əlavə edəndə bir zəfərin tarixini, yəni 2021-ci ili verir. Quranda o tarixlər boş yerə verilmir. Yəni boşuna verilməz, bir şey başa salar. Ayə həmçinin, 1950-ci illərdə də bir şeylər olacağına işarə edir. Çünki tam bir mənada min il var mindən 50 il əksik deyir, yəni 950 il nəzərdə tutulur. O zaman bu 1950-ci il tarixini verir. Demək ki, 1950-ci illərdə də bir şey olacaqdır. Ayə orada xüsusi şifrələr verir. Min ildən 50 il əskik deyir, belə ki, 950 il əskik, belə ki, bu 1950-ci ildir. Bədiüzzaman da 1950-ci illərə çox diqqət çəkmiş və    “münafiqanə sistemin sonudur”    demişdir. Bunu necə edir?. Üç ayrı ayədən 1956-cı il tarixini əldə edir. İkisi tələbələrinin əldə etdiyi, onları təsdiq edir, biri isə özünün əldə etdiyidir.   “1956-cı il tarixini verdiyini”   deyir.  “Münafiqanə sistemin sonuna”  və bir də “Nur-u Quranın zühuruna işarə etdiyini” deyir. Yeni bir Nur-u Quran. Yəni,  1956-cı il tarixinin “Risalə-i Nurun xaricində yeni bir hərəkətin başlanğıc tarixini verdiyini” deyir. Q uranda da 1950-ci illərə işarələr vardır. 1071-ci ilə də, 950 il əlavə etsək, 2021-ci il alınar. Quranda dünya hakimiyyətindən bəhs edən əbcəd hesabı ilə 2021-ci illərə aid çox işarə vardır. Yəni, islam hakimiyyəti dünya hakimiyyəti deyildir. Dünya hakimiyyəti nisbətən sonrakı illərdə olacaqdır. Bu İslam Birliyinin tarixidir, inşaAllah. 

 

Önerilen