KURTKÖY ANISI

  • 12 yıl önce
Qalmadı taqətim, ey yar, sən dərdimə əlac eylə,
Yandım, kül oldum, görmürsən, bağrım başın sac eylə.

Atma gəl müjgan oxun, dəlmə zəhrinlə sinəmi,
Al bu ömrüm sənin olsun, şah mülkinə xərac eylə.

Vermə əğyarə aman, girməsin eşq bağımıza,
O mənimdir, qoymaram, özgələrə get, bac eylə!

Gəl xəlvətcə qucağıma, səhərəcən sərməst olum,
Oxşa, mərmər bədəninlə, saçlarını qulac eylə.

Neyləyim aciz quluyam, mənim də sərvətim yarım,
Ondan qeyri, nəyim var ki, bu başıma gəl tac eylə!