Fuzuli 58 - FaktXeber

  • 14 лет назад
Nəsimi rayonu Füzuli küçəsi 58-də yerləşən (keçmiş Basin küçəsi - red.) binaların qanunsuz söküntüsü ilə bağlı dünən sizlərə məlumat vermişdik. Bu gün səhər FaktXeber.com-un “Qaynar xətt”inə zəng edən bina sakinləri artıq polis vasitəsilə məcburi formada evlərindən çıxardıldıqlarını bildiriblər. Daxil olan zəngə əsasən hadisə yerində olduq.
Hadisə yerində olduğumuz müddətdə bütöv kvartal polis işçiləri tərəfindən nəzarətə götürülmüşdü. Hadisə yerinə yaxınlaşmaq istədikdə polis işçilərinin təzyiqi ilə rastlaşdıq. Nəsimi rayon Polis İdarəsinin rəisinin söküntü aparılan ərazilərdə çəkilişə icazə vermədiyini deyən polislər, hüquqlarımızı tələb etməyimizə baxmayaraq, hadisə yerinə yaxınlaşmağa imkan vermədilər.

Рекомендуем