Bu daglarda yalın qaldım

  • vor 4 Jahren
Musiqi / Music : Emin Sabitoğlu (1937-2000)
Söləri / Lyrics : Anar (1938)

Çəmənlikdə bitən otlar
Yaşarırkən bitməz oldu…
Bulaqlardan axan sular
Çağlayırkən axmaz oldu…
Qanad çalıb uçan quşlar
Birdən birə uçmaz oldu…
Yelayaqlı ceyranlar da
Qaçar ikən qaçmaz oldu…
Bu dağlarda yalın qaldım,
Çiçəklər də açmaz oldu…

Category

🎵
Music