“Çubaka” personajını canlandıran Piter Meyhü vəfat etdi

  • 5 yıl önce
“Ulduz müharibələri” fantastik saqasında “Çubaka” personajını canlandıran britaniyalı-amerikalı aktyor Piter Meyhü 74 yaşında vəfat edib.












♦♦ Bu haqda BBC aktyorun ailə üzvlərinə istinadən məlumat yayıb.

Aktyor aprelin 30-da Texas ştatındakı evində dünyasını dəyişsə də, faktı bir neçə gün mətbuatdan gizli saxlayıblar.

Aktyor 1977-2015-ci illər ərzində “Ulduz Müharibələri” (Star Wars) franşizasından çıxan bütün epizodlarda nəhəng Vuki döyüşçüsü Çubaka rolunu oynayıb.

Saqanın yaradıcısı Corc Lukas Çubaka roluna hündürboy aktyor axtarıb, bunun üçün 1,98 metr boyu olan Devid Prouzu seçib. Ancaq sonuncu baş antoqonist Dart Veyder rolunu istəyib.

Nəticədə rejissor yenidən axtarışlar apararaq, fiziki göstəriciləri həmin personaj üçün son dərəcə uyğun gələn, 2,18 metr boyu olan Piter Meyhünü tapıb və rolu ona həvalə edib.

2015-ci ildən sonra çıxan epizodlarda “Çubaka” rolunu finlandiyalı Yunas Suotamo oynayıb.

▶ Xəbərdar olun ;

Hərbi
https://www.youtube.com/playlist?list=PLNeFyUUButwFLDdBJuZ-CzpbRlnxAPoka

Dünyada
https://www.youtube.com/playlist?list=PLNeFyUUButwHM9wbruVFTqcnHvgYXBhp_

İqtisadiyyat
https://www.youtube.com/playlist?list=PLNeFyUUButwEbZFoerG_4KTaMSz2tSZlz

Siyasət
https://www.youtube.com/playlist?list=PLNeFyUUButwHEWVONCCtjzhOScTdLXHLn

Araştırma
https://www.youtube.com/playlist?list=PLNeFyUUButwHRe1lSX9gpT2TwOAh0v9xJ

Hadisə
https://www.youtube.com/playlist?list=PLNeFyUUButwEM-VPTwTTK8sUHYAPHXBT_

Sosial
https://www.youtube.com/playlist?list=PLNeFyUUButwGg5rvqZ03uttRkthpHBa8D

Ölkə
https://www.youtube.com/playlist?list=PLNeFyUUButwGONlxaOpxKlZzligbtqhf-

▶ Qala News Team - Unikal geniş miqyaslı xəbər portalı yaradan gənc proqramçılar komandasıdır.Məqsədimiz - Siyasi mövzulara diqqət yetirməklə yanaşı, maraqlı xəbərlərdə də keyfiyyətli məzmun təmin etməkdir. Bizim fərqimiz ondadır ki, saytımızda xəbərləri oxumaqla yanaşı, onları dinləməkdə mümkündür. Saytımızı inkişaf etdirməyə çalışırıq.


office@hajma.org

⌨ https://www.qalanews.com