Qaranlığa sürüklənən həyat

  • 5 yıl önce
İstismar məqsədilə insanların alınıb satılması insan alveri adlanır.










♦♦Hazırda dünyanın bir çox yerlərində bu “alver” hökm sürür. Bu dəhşətli alqı-satqı dünyada silah biznesindən sonra ən gəlirli və genişmiqyaslı sahə kimi 2-ci yerdədir.
İnsan Alveri dedikdə insanların satın alınması, oğurlanması, girov götürülməsi, bu məqsədə xidmət edən bu və ya digər cinayətlər nəzərdə tutulur.
Çox təəssüflər olsun ki, bu gün cəmiyyətimizdə insan alverindən söz açarkən insanların simasında “əhəmiyyətsiz bir mövzudan danışırmışıq kimi” bir ifadə yaranır. Bəzi hallarda qulağımızı və gözümüzü kor edərək məsələdən uzaqlaşırıq.
Hansı ki,maariflənməsək hər birimiz bu dəhşətli biznesin qurbanına çevrilə bilərik.
Qısa müddət öncə bölgələrimizdə əhalinin İnsan Alverinə münasibətini öyrənmək məqsədilə sorğu keçirtmişdik. Sorğuda 50 respondent iştirak etmişdi. Vəziyyət isə həqiqətən acınacaqlı idi. Əhali ümumiyyətlə sorğuda iştirak etmək istəmirdi. Suallarda qadın alveri, uşaqların cinsi istismarı, ümumiyyətlə cinsi və fiziki istismar sözlərini görən qadınlar suallarımıza cavab verməkdən imtina edirdi. Hətta, bəzi qadınlara sorğuda iştirak etməyi yoldaşları qadağa qoyurdu. Qızların bu sorğuya münasibətini deməyə belə ehtiyac yoxdur.
Cəmiyyətimizin, ümumilikdə dünyamızın qlobal problemi olan bu istismardan nə vaxta qədər qaçacağıq? Maariflənmək əvəzinə nə üçün kor və kar olmağı seçirik?
İnsan alveri dedikdə sadəcə qadın alveri, cinsi istismar nəzərdə tutulmur. Bura orqan alveri, məcburi evlilik, uşaq dilənçiliyi, uşaq əməyindən istifadə və s. kimi hallar da daxildir.
Məlum məsələdir ki, bu alverin qurbanları cəmiyyət tərəfindən qəbul edilmir. Ümmumiyyətlə, sosial sferada onlara yer ayrılmır. Gəlin, bir də məsələyə istismar edilən o insanları gözündən baxaq. Bir insan sizi müxtəlif vədlərlə aldadaraq başqa bir ölkəyə aparır, bütün sənədlərinizi əlinizdən alır. Sizi 10-15 adama birdən satır. Şərəfiniz, namusunuz, ləyaqətiniz alçalır. Hər gün istismara məruz qalırsınız. Dəfələrlə intihar etmək, bu işgəncəyə son vermək istəyirsiniz, amma bacarmırsınız. Öz üzünüzə baxa bilməyəcək bir vəziyyətə gəlirsiniz. Hər gün tanımadığınız, bilmədiyiniz adamlarla görüşməyə məcbur edilirsiniz. Artıq geri dönmək şansınız olsa belə qayıda bilmirsiniz, çünki, cəmiyyət sizi artıq qəbul etmir. Siz artıq tamamilə desosial bir adama çevrilirsiniz.
Dəhşətlidir Bəli. Az öncə dinlədikləriniz insan alverinin qurbanına çevrilmiş 27 yaşlı azərbaycanlı xanımdan aldığımız müsahibənin sadəcə bir hissəsi idi.
Adını anonim saxladığımız bu xanım ailəsi tərəfindən belə qəbul edilmir.

Unutmamalıyıq ki, İnsan alveri cəmiyyət üçün dəhşətli fəlakətdir. Bu fəlakətə qarşı hamımız bir vuruşmalıyıq.

office@hajma.org

⌨ https://www.qalanews.com

Önerilen