Avropa donur: 21 nəfər həlak olub

  • 5 yıl önce
Avropada anomal soyuqlar, şaxta və güclü qar yağıntıları davam edir.

Havaların həddən artıq soyuq keçməsi artıq 21 nəfərin ölümünə səbəb olub.

Qalanews.com bildirir ki, Avropa Birliyinin bir sıra ölkələrində fövqəladə vəziyyət elan olunub.

Avstriyada qar uçqunu nəticəsində 3 turist həlak olub, bir nəfər itkin düşüb. Dağ xizəkçilərinin cəsədlərini xilasedicilər tapıblar. Qar uçqununa düşmüş 17 məktəbli xilas olunub.

Bavariyada qar uçqunu nəticəsində Balderşvanq kurortunda təxminən 2 min nəfərin ətraf aləmlə əlaqələri kəsilib.

Bolqarıstanda iki snoubordçu qar uçqununa düşərək həlak olub.

Anomal soyuqlar avtomobil yollarında da situasiyanı gərginləşdirib. Çexiyada yolların buz bağlaması və güclü qar nəticəsində yüzlərlə qəza baş verib.

Sinoptiklərin dediklərinə görə, güclü qar və sazaq hələ bir neçə gün davam edəcək.

Belarus, Avstriya, Serbiya, Yunanıstanda da havalar çox soyuyub.

Category

🗞
News

Önerilen