Bakı-Sumqayıt yolunda baş verən qəzada yol polisinin oğlu dünyasını dəyişdi

  • 6 yıl önce
"Ölkə.Az" Report-a istinadən xəbər verir ki, Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olan 99-RA-025 dövlət nömrə nişanlı, "Hyundai-Sonata" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dəmir arakəsmələrə çırpılıb.

Hadisə zamanı avtomobildə olan sərnişin, 24 yaşlı Məmmədov Elvin Mikayıl oğlu dünyasını dəyişib. Sürücü isə ağır yaralanıb.

Qeyd edək ki, qəzada dünyasını dəyişən gənc Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Mikayıl Məmmədovun oğludur.

Məlumata görə, Elvin Məmmədovun bu yaxında toyu olub.
Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə səhər saat 7:30 radələrində Xırdalan qəbristanlığının yaxınlığında qeydə alınıb.

Önerilen