Nəhl surəsi, 61-68 ayələrinin təfsiri

  • 8 yıl önce
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allah Təala 61-ci ayədə: "Əgər Allah insanları hər etdikləri zülmə görə sorğu-suala tutsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı" deyir. Yəni Allah: "İnsanlar o qədər çox səhv edirlər, o qədər çox günah işləyirlər ki, əgər belə bir vəziyyətdə cəza verilməsi lazım gəlsəydi, dünyanı məhv edərdim" deyir. "Lakin Allah onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər". Yəni Allah: "Taledə nə varsa, o da olar" deyir. "Onlar özlərinin xoşlamadıqları şeyləri Allaha aid edirlər. Dilləri də yalandan ən gözəl şeyin onların olacağını söyləyir". Deməli, "öz xurafatçı, nalayiq düşüncələrinin ən gözəl olduğunu düşünərlər" deyir. "Şübhəsiz ki, od onlar üçün hazırlanmışdır və onlar (cəhənnəmdə) öndədirlər". Yəni Allah cəhənnəmdə əzab çəkəcəklərini ifadə edir. "And olsun Allaha, səndən əvvəlki ümmətlərə də (elçilər) göndərmişdik". Hər dövrdə mehdilər var. Yəni, boş olan heç bir dövr yoxdur. "Lakin şeytan onlara əməllərini gözəl göstərmişdir, bu gün də onların dostudur və onlar üçün ağrılı-acılı bir əzab vardır". Məsələn, darvinizmi və materializmi onlara gözəl göstərir. Anormal bir şey olduğunda gözəl göstərir. Qumarı, zülmü, əzabları gözəl göstərir.

"Bu gün də onların dostudur", yəni şeytandır "və onlar üçün şiddətli bir əzab vardır. Biz Kitabı ancaq haqqında ixtilafa düşdükləri şeyi onlara izah etmək", baxın, "ixtilafa düşdükləri şeyi onlara izah etmək": istər Tövratda, istər İncildə, istərsə də xurafatçıların ortaya çıxardıqları düşüncələrdə "ixtilafa düşdükləri şeyi onlara izah etmək və inanan bir qövmə rəhmət və hidayət olmasından kənar (başqa bir məqsədlə) göndərmədik". Yəni Allah Təala: "Azğın inancları aradan qaldırmaq üçün endirdik" deyir. Məsələn, təslis inancı insanların çox canını yandıran bir şeydir. Allah doğrusunu deyir. Amma təəccüblüdür ya böyük insanların, ağlı başında insanların... Yəni hz. İsa (ə.s)-ın peyğəmbər olduğu açıq şəkildə məlumdur. Adam: Yeyir, içir, yatır. Adamlara baxıb: "Hz. İsa (ə.s) kimdir?" deyirik, "Allahdır" deyir böyük adam, eləcə də yüz milyonlarla adam bunu deyir. Kabus kimidir. Gözlərimə inana bilmirəm. Yatır, yemək yeyir, Allaha dua edir, Allahın birliyindən bəhs edir. Adam: "Hz. İsa (ə.s) Allahdır" deyir. Yəni belə bir dünya var, belə qəribə mühit var. Allah Kitabın məhz bunları düzəltmək məqsədiylə e

Önerilen