Ənfal surəsi, 72-73-74-cü ayələrin təfsiri

  • 8 yıl önce
ADNAN OKTAR: Ya Allah, Bismillah! Şeytandan Allaha sığınıram. Ənfal surəsi, 72-ci ayə: "Həqiqətən, iman edənlər, hicrət edənlər," yəni ailəsinin yanından ayrılan, müsəlmanların yanına gələn, "və Allah yolunda öz malı və canı ilə cihad edən," özünü Allaha adayan (həyatını Allaha həsr edən), malını da Allah yolunda sərf edən. "Və sığınacaq verib" yəni ailəsinin yanından çıxıb gələr, qardaşını saxlayar, öz evinə aparar, "köməklik göstərən" maddi cəhətdən dəstəkləyər, təmin edər. "Məhz onlar bir-birinin dostlarıdır. İman gətirən, lakin hicrət etməyənlərə gəldikdə isə, onlar hicrət etməyincə siz onları himayə etməyə borclu deyilsiniz." Yəni, “əgər müsəlmanları seçmirsə, küfrlə birlikdə qalmağa qərar verdisə, heç bir vəlayətiniz yoxdur" deyir Allah. Yəni "hüququnuz olmaz onlarla"-deyir Allah. "Əgər onlar din uğrunda sizdən kömək istəsələ