Nur surəsi, 31-ci ayənin təfsiri

  • 8 yıl önce
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. "Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər"-deyir Allah Təala. Harama baxmamalıdırlar, yəni səhvən bir qadının bir yeri çılpaq qaldıqda müsəlman baxmamalıdır, haramdır. Yaxud qəsdən də bir yerini açıq qoysa yenə baxmamalıdırlar. "Və cinsiyyət üzvlərini (zinadan) qorusunlar."-deyir Allah.  Yəni halalı olmayan bir adamla cinsi əlaqəyə girməməlidirlər. Ancaq halalı olanla cinsi əlaqəyə girə bilər. İsmət (həya, abır) deməkdir, cinsiyyət üzvlərini qorumalıdırlar. Yəni, möminlər cinsi orqanlarına diqqət etməlidirlər. İstər kişi olsun, istərsə də qadın, qeyri-qanuni cinsi əlaqəyə girməməlidirlər. Əks halda fahişəlik olar, zina olar. "...Zinətlərini göstərməsinlər." Diqqət edin, Quran, zinəti (bəzəyi) izah edir. Mən kiminsə sözünü dinləmərəm. Mən Quranı dinləyərəm. "Ancaq özbaşına görünənlər xaric."