Rad surəsinin 42, 34-cü və 33-cü ayələrinin təfsiri

  • 9 yıl önce
Hörmətli Adnan Oktarın 24 dekabr 2010-ci il tarixli reportajından Rad surəsi ilə əlaqədar verdiyi izahlar.

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram, 42-ci ayədə belə deyilir: "Onlardan əvvəlkilər də hiylə qurdular." Deməli, bəzən müxtəlif dəccallar çıxır və hiylə qururlar "O, hər kəsin nə qazandığını bilir", yəni Allah bilir. "Kafirlər bu yurdun kimin olacağını tezliklə biləcəklər", bunun əbcədi şəddəsiz 1990-cı ili verir, şəddəli isə 2074-cü il tarixini verir. Bu hallar ilk dəfə baş vermir, tarix boyu həmişə təkrarlanır. "Halbuki bütün hiylələr Allaha aiddir", yəni Allah demək istəyir ki, "Dəccalı da, Mehdi (ə.s)-ı da Mən yaradıram, Süfyanı da Mən yaradıram, eləcə də İsa (ə.s)-ı da Mən yaradıram."  İnşaAllah bu tarixlər İslam əxlaqının adlı-sanlı hakim olacağı dövrlərdir. Bax, "kafirlər bu yurdun kimin olacağını tezliklə biləcəklər", yəni dünya yurdunun kimin olacağını biləcəklər. Dünyanın bir sonu vardır. Kafirlər: &