Rad surəsi, 34-cü ayənin təfsiri

  • 9 yıl önce
Hörmətli Adnan Oktarın 24 dekabr 2010-cu il tarixli reportajından Rad surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Rad surəsi 34-cü ayə. "Onlara dünya həyatında"-yəni, küfr üçün, darvinist, materialist, ateist olan kəslər üçün-"əzab vardır. Axirət əzabı isə daha məşəqqətlidir. Onları Allahdan qoruyan olmaz." Diqqət edin, "Onlara dünya həyatında əzab vardır." Bu, yaranan iqtisadi böhran, intiharlar, əyyaşlıq, əziyyətlər, əzablar deyilmi? Kimdən soruşsaq "dünyada ən çox əzab çəkən adam mənəm" deyir. Bir çox adamdan soruşsan, istəyirsiz gedin soruşun: "Məndən daha çox başı bəlada olan, daha çox əzab çəkən adam vardır?"-deyir. Görürsünüzmü elə insanları, çox əzab çəkdiyinə inanan insanları çöldə? Görürsən, elə deyilmi?

APARICI:   Bəli.

ADNAN OKTAR:   Hər kəs görür, elə deyilmi? Bəli.