Əhzab surəsi, 20-ci ayənin təfsiri

  • 9 yıl önce
Hörmətli Adnan Oktarın 20 sentyabr 2011-ci il tarixli reportajından Əhzab surəsi ilə əlaqədar şərhləri.

QONAQ:   İnşaAllah hocam. Əuzubillahiminəşşeytanirracim. Bismillahir rəhmanir rəhim. (Ərəbcə): "Vettebı'ma yuha ileyke mir rabbik innellahe kane bima ta'melune habıra" "Rəbbindən sənə vəhy olunana tabe ol! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır".

ADNAN OKTAR:   MaşaAllah. "Vəhy olunana tabe ol!" Yəni, Qurana tabe ol, inşaAllah. Qurana tabe olsaq necə olarıq? Ağıllı, məqbul, tutarlı (etibarlı) olarıq, iman həqiqətlərinin əhəmiyyətini başa düşərik. Quranın hər yerində Allah həmişə iman zəifliyinin təhlükəsinə diqqət çəkir. Hansı səhifəsini açırıqsa açaq, həmişə insanların iman zəifliyindən bəhs edilir. Fatihədən etibarən başlayır. Fatihədən etibarən ən son ayəyə qədər, ən son surəyə qədər baxın, həmişə iman zəifliyi təhlükəsinə diqqət çəkər

Önerilen