Nəml surəsi, 93-cü ayənin təfsiri

  • 9 yıl önce
Hörmətli Adnan Oktarın 28 oktyabr 2012-ci il tarixli söhbətindən Nəml surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Allah Nəml surəsi 93-cü ayəsində belə buyurur, şeytandan Allaha sığınıram: " De: “Həmd olsun Allaha! O Öz ayələrini (dəlillərini) sizə göstərəcək…"  Əlhəmdülillah. Nə ayələridir məsələn? Allah nə deyir bir ayədə? "İsa Məsih qiyamət üçün bir əlamətdir."-deyir.  Bu nədir? Ayədir, dəlildir. " Siz də onları tanıyacaqsınız.” Diqqət edin: “Tanıyacaqsınız"-deyir. Yəni,"bu, odur" deyəcəksiniz. Tanıdınmı? Dedinmi, nə olar? Birini tanıyarsız. "Siz də onları tanıyacaqsınız." –deyir Allah. Onları-yəni, hz. Mehdi (ə.s)-ı, hz. İsa Məsih (ə.s)-ı, dabbətül ərzi, Yəcuc və Məcucu. "Sənin Rəbbin nə etdiklərinizdən qafil (xəbərsiz) deyil." Yəni,"hər şeydən xəbərim var" deyir Allah.

 

Önerilen