Axırzamana işarə edən ayələr haqqında Adnan Oktarın şərhləri-2

  • 10 yıl önce
Hörmətli Adnan Oktarın 23 yanvar 2013-cü il tarixli söhbətindən Axırzamana işarə edən ayələr ilə əlaqədar şərhləri

ADNAN OKTAR: Yunis surəsi, 55.

GÜLŞAH XANIM: Şeytandan Allaha sığınıram. "Bilin ki, göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Xəbərin olsun; şübhəsiz ki, Allahın vədi haqdır; ancaq onların çoxu bunu bilmir."

ADNAN OKTAR: Allahın vədi haqdır, insanların çoxu bunu bilmir. Əbcədi neçədir? 2025. Bir tarix var; 2025. "Göydə və yerdə nə varsa, hamısı Allahındır." Hz. İsa (ə.s) da, hz. Mehdi (ə.s) da Allahındır. "Xəbərin olsun" deyir Allah, xəbərdar edir, "şübhəsiz Allahın vədi haqdır." Nəyi vəd etdi? Hz. Mehdi (ə.s)-ı, haqdır deyir Allah, hz. İsa Məsih (ə.s) haqdır, Dabbətül ərz çıxacaq, haqdır.

Yunis surəsi, 62

EBRU XANIM: Şeytandan Allaha sığınıram. "Xəbəriniz olsun; Allahın vəliləri, onlar üçün qorxu yoxdur, qəmli də olmayacaqlar."

ADNAN OKTAR: "Onlar üçün" Allahın vəliləri üçün "qorxu yoxdur" deyir. Hz. Mehdi (ə.s) üçün qorxu varmı? Yoxdur. Qəmli olurmu? Olmur. Hz. İsa Məsih (ə.s) üçün varmı? Yoxdur. Qəmli olacaqmı? Olmayacaq. Əbcəd neçədir? 1993. Mehdiyyətin ən çətin dövrləridir. Allah deyir ki; "Onlar üçün qorxu yoxdur." 1993-cü ildə demək ki, bir hücum var mehdiyyətə. "Qəmli olmayacaqlar" deyir Allah, heç bir şey olmayacaq" deyir. Kim bilir, 1993-cü ildə nələr oldu. Baxın, qorxu da olmayacaq, qəmli də olmayacaqlar deyir, çünki hz. Mehdi (ə.s)-ın tələbələri igid cavandırlar. Demək ki, 1993-cü ildə bir fəlakət var. Və onlar da nə qorxurlar, nə qəmli olurlar. Hz. Mehdi (ə.s)-ı gördüyümüzdə soruşarıq, nə oldu 1993-cü ildə deyə.

Yunis surəsi, 47

EBRU XANIM: Şeytandan Allaha sığınıram. "Hər ümmətin bir peyğəmbəri vardır. Onlara peyğəmbər gəldiyi zaman, aralarında ədalətlə hökm olunar və onlara zülm edilməz."

ADNAN OKTAR: "Hər ümmətin bir peyğəmbəri vardır. Onlara peyğəmbər gəldiyi zaman" əbcədi; 2021. Yəni imamları, elçiləri, təbliğatçılar gəldiyi zaman. Bir əbcəd var; 2021 çıxır. "Hər ümmətin bir peyğəmbəri vardır." Müsəlmanların hal-hazırda imamı kimdir? Hz. Mehdi (ə.s). "Onlara peyğəmbər gəldiyi zaman" onlara Mehdiləri gəldiyi zaman, əbcədi; 2021. "Allah, kimi diləsə doğru yola yönəldib, çatdırar." Əbcədi; 1998 tarixini verir. Bir əbcəd var.

20 - "Bir də deyirlər ki: "Rəbbindən üzərinə bir ayə (möcüzə) nazil ediləydi!" De ki: "Qeyb ancaq Allaha məxsusdur, siz gözləyin, mən də sizinlə birlikdə gözləyənlərdənəm."

Biz də nə deyirik; siz gözləyin, biz də sizinlə gözləyirik. Əbcədi; 2002, bir əbcəd.

Yunis surəsi 14 - "Sizi yer üzünün varisləri etdik." Əbcədi; 2048, dünya hakimiyyətinin tarixidir. Baxın, "sizi yer üzündə" bütün yer üzündə xəlifələr təyin etdik" deyir Allah, müjdə verir. Bir əbcəd var; 2048, dünya hakimiyyətidir. 14-cü ayə, onsuz da hicri 1400-cü ilə də baxır. Mehdiyyətin, şanlı dünya hakimiyyəti tarixidir, inşaAllah.

Tövbə surəsi, 128 - "Və mərhəmətli olan bir elçi gəlmişdir." "Bir elçi gəlmişdir" əbcədi; 1990. Bu qədər təvafüq olarmı? Harada mehdiyyəti işarə edən ayə varsa, mütləq mehdiyyətin tarixini verir. Bu möcüzədir, yer yerindən oynayardı dünya bilsə bunu, insanlar anlasa bunu, yer yerindən oynayar. Baxın "bir elçi gəlmişdir" bir əbcəd var; 1990. Təbliğ üçün bir Mehdi gəlmişdir; 1990.

Yunis surəsi, 2 - "Aralarından bir adama: "İnsanları qorxut" yəni onlara təbliğ et, əbcədi; 2002. Yəni bu qədər təvafüq olarmı? MaşaAllah.

Tövbə surəsi, 82 - "Elə isə qazandıqlarının cəzası olaraq az gülüb, çox ağlasınlar." Adamlar da davamlı ağlayar. Müsəlman güləcək. Hönkür-hönkür ağlayırlar. "Elə isə qazandıqlarının cəzası olaraq" deyir Allah, müşriklərə, münafiqlərə bəla olaraq, cəza olaraq nə deyir; "Az gülün, çox ağlayın" deyir. Adamlar da deyir ki, "biz hönkür-hönkür ağlayarıq belə gecə-gündüz” deyir. “Ağlayın, gülməyin” deyir. Allah da elə deyir onsuz münafiqlərə, kafirlərə "ağlayın" deyir. Onun üçün cəhalətlə bunu edənləri tənzih edirəm, məlumatlarını düzəltsinlər, müşriklərin, münafiqlərin cəzası olaraq Allah, ağlamağı söyləyir, ağlamağı bəla olaraq söyləyir. Məlumatı olmayanları tənzih edirəm.

67 - "Münafiq kişilər və münafiq qadınlar, bəzisi bəzisindəndir; pisliyi əmr edər, yaxşılıqdan uzaqlaşdırar, əllərini möhkəm tutarlar. "Münafiq kişilər və münafiq qadınlar eyni ağıldadırlar.

48 - "Sonunda onlar istəmədikləri halda, haqq gəldi və Allahın əmri ortaya çıxıb - üstünlük təmin etdi." Əbcədi; 2025. Hakimiyyət ayələri müəyyəndir Quranda, hamısı hz. Mehdi (ə.s)-ın tarixini verir. Məsələn, 3918 edə bilər, 4721 edə bilər, 5812 edə bilər, 1873 edə bilər, tam tarixi verir; 2025. Baxın "sonunda onlar istəmədikləri halda" xurafatçısı, fırıldaqçısı, narçısı "istəmədikləri halda, haqq gəldi." Haqq olan nədir? Hz. Mehdi (ə

Önerilen