Furqan surəsi, 56-cı ayənin təfsiri

  • 10 yıl önce
Hörmətli Adnan Oktarın 16 fevral 2013 tarixli söhbətindən Furqan surəsi ilə əlaqədar şərhlər.

Adnan Oktar: Baxın, məsələn, çox təəccübləndiyim ayələrdən biri də budur. Şeytandan Allaha sığınıram. “Biz səni ancaq müjdə verən”, yəni İslam Birliyi, hz. Mehdi (ə.s) və hz. İsa (ə.s)-ın gəlişi ilə müjdə verir. Əlbəttə ki, Peyğəmbərimiz (s.ə.v)-ə işarə edir, Axırzamana işarə edən tərəfini demirəm. “Biz səni ancaq müjdə verən və xəbərdarlıq edən kimi”, Qurana tabe olun deyir və qorxuducu qiyamətlə, Allahın bəlaya düçar etməsi ilə “xəbərdarlıq edən kimi göndərdik”. Qardaşım baxın bu çox qəribədir. 25-ci surə olan Furqan surəsinin 56-cı ayəsi 1956-cı ilə işarə edir. 25-ci surə olan Furqan surəsinin 56-cı ayəsinin, 25 ilə 56 ədədlərinin hasilini hesabladıqda, hz. Mehdi (ə.s)-ın dəqiq zühur etmə tarixini, belə ki, 1400-cü ili və ya 1980-1981-ci illəri verir. Bəs ayənin əbcədi neçədir? Əbcədi də 1981-cı ildir. Bəs indi burada başa düşülməyəcək nə vardır? Maşallah.

 

Önerilen