Nas surəsi, 4-cü ayənin təfsiri

  • 10 yıl önce
Hörmətli Adnan Oktarın 17 Mart 2013 tarixli söhbətindən Nas surəsi ilə əlaqədar şərhlər.

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allah Nas surəsində: Hiyləgərcəsinə ürəklərə vəsvəsə verəndən Özünə sığınmamızı istəyir. Hər yerdə vəsvəsə vardır, qəzetlərdə, radiolarda, televiziyalarda vardır. Vəsvəsəçilərdən Allaha sığınmalıyıq, çox diqqət yetirməliyik, vəsvəsəylə də məşğul olmamalıyıq, vəsvəsələr insanları həlak edər, insanları boğar, bu böyük bir bəla olduğu üçün, Allah Quranda ona diqqət çəkmişdir, vəsvəsədən Allaha sığınıb, vəsvəsəyə fikir verməmək, düşünməmək, ciddi yanaşmamaq, vəsvəsəni adam yerinə qoymamaq lazımdır. “Yoldaş! Mən səninlə maraqlanmıram, 10 il sonra gəl onda sənin işini bitirərik” demək lazımdır. Maraqlanmasanız qaçıb gedər. Əhəmiyyət versən üstünə gələr.

 

Önerilen