Əraf surəsi, 74, 68, 55, 56, 63, 66-cı ayələrinin təfsiri

  • 10 yıl önce
Hörmətli Adnan Oktarın 5 may 2013-cü il tarixli söhbətindən Əraf surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR:  Allah, Əraf surəsinin 74-cü ayəsində belə deyir:   "Yer üzündə dolaşıb fitnə-fəsad    törətməyin!" ,  yəni terror, anarxiya çıxarmayın. Allah bunu haram buyurub. Əraf surəsi, 68-ci ayə:  "Mən sizə Rəbbimin vəhy  etdiyi hökmlərini" -Allahın əmr etdiyini- "təbliğ edirəm". Əbcədi 2029-cu il tarixini verir. 2029-un sonu 9 rəqəmi ilə bitir, maşaAllah. İki sıfır, iki doqquz. İkilik iki dəfə təkrar edilir.  "Sizə Rəbbimin təbliğ etdiyini, Rəbbimin bildirdiyini sizə çatdırıram" Biz nə edirik? Qurandakıları insanlara çatdırırıq. Peyğəmbərimiz (s.ə.v.) nə edirdi? Cəbrayıl (ə.s)-dan gələni insanlara bildirirdi, çatdırırdı. Biz də Peyğəmbərimiz (s.ə.v)-ə gələn məlumatı insanlara çatdırırıq. Şeytandan Allaha sığınıram, Əraf surəsi, 55-ci ayədə Allah belə buyurur: "Rəbbinizə yalvara-yalvara və için-için dua edin. Şübhəsiz O, həddi aşanları sevməz." Dua səmimiyətlə edilməlidir. Bunu xüsusi bir diqqətlə, xüsusi bir səmimiyyət ruhuyla əldə etmək lazımdır. "Rəbbinizə yalvara-yalvara və için-için dua edin". Çox uzun dua deyil, yəni təməlli, dərin və səmimi, qəlbən dua çox əhəmiyyətlidir, inşaAllah. "Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır." 56-cı ayə 1996-cı il tarixini verir. "Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır." Deməli, islamın hakimiyyəti çox yaxındır. 2016, 2026-cı illərdir inşaAllah. 1996-cı ildən sonra vaxt artıq daralıb, inşaAllah. Əraf surəsi, 63-cü ayədə Allah belə buyurur: "İçinizdən sizi xəbərdar edib qorxudacaq bir adam..." Bu ayənin əbcədi 2011-ci il tarixini verir. Diqqət edin, Peyğəmbər (s.ə.v)-ə nə deyirlər? Əraf surəsi, 66-cı ayə: "Qövmünün kafir zadəganları dedilər"-yəni o dövrün mətbuatından bir qisim kapitalistlər, kübar cəmiyyət, dinsizlər. "Biz səni səfeh sayırıq..." Yəni Peyğəmbər (s.ə.v)-ə “sənin ağıl tarazlığın pozulmuş, dəlisən sən” deyirdilər. Kim deyir? O dövrün idarəçiləri, dövlət adamları, hoqqabazları deyirdilər. "...Və həqiqətən də, səni yalançılardan hesab edirik!" Yəni, haşa, “sən yalançı, fırıldaqçısan” deyirdilər. Maraqlarına uyğun gəlmədiyi üçün dəlisən deyirdilər. Axırzamanda hz. Mehdi (ə.s)-a nə deyəcəklər? Eyni şəkildə "sən yalançı və dəlisən" deyəcəklər.

 

Önerilen