Nəsr surəsi, 1-3-cü ayələrinin təfsiri

  • 10 yıl önce
Hörmətli Adnan Oktarın 14 may 2013-cü il tarixli söhbətindən Nəsr surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Nəsr surəsi, şeytandan Allaha sığınıram, Rəhman və Rəhim olan Allahın adıyla:        "Və Allahın köməyi              və fəth gəldiyi zaman..."        Fəth necə gəlir? Allahın köməyi ilə gəlir. İnsanların bir-birləriylə məşğul olmasıyla bir şey olmaz. Allahın köməyi olmalıdır. Əlbəttə ki, hər şeyi Allah edir.       "İnsanların Allahın dininə dalğa-dalğa girdiklərini            gördükdə..."     - deyilir ayədə. İnsanlar Allahın dininə dalğa-dalğa girəcəklər.      "Dərhal Rəbbini həmd ilə təsbih          et"    – deyir Allah. Əlhəmdülillah. Bu ayənin əbcədi 2016-cı ili verir.     "İnsanların Allahın dininə dalğa-dalğa        girdiklərini gördükdə, dərhal Rəbbini həmd-səna ilə təqdis et."     Bu ayənin əbcədi 2016-cı il tarixini verir. Deməli, insanlar 2016-cı ildə Allahın dininə dalğa-dalğa girəcəklər. Təkrar vurğulayıram, heç kim unutmasın, bir yerə, bir dəftərə, bir yerə yazsınlar, ayəni də deyirəm, Nəsr surəsinin 1-3-cü ayələri:    "Allahın köməyi və fəth gəldiyi zaman,      insanların..."    Allah insanların deyir, bu nə deməkdir? Xristianlar, yəhudilər, dinsizlər, ateistlər, masonlar, hamısı   "Allahın dininə dalğa-dalğa girdiklərini gördükdə"   –yəni böyük dalğalar şəklində-   "dərhal Rəbbini həmd-səna ilə    təqdis et."   Yəni, dərhal, gözləmədən, əlhəmdülillah (de),  "həmd-səna ilə təqdis et" . Əbcədi 2016-cı il tarixini verir. Bir yerə yazsın qardaşlarımız, 2016-cı ildə nələr olacaq bir görsünlər.  "Ondan bağışlanma dilə. Çünki o tövbələri  çox qəbul edəndir."  Allah günahlarımızı bağışlasın, bizləri əfv etsin. MaşaAllah, bu ayə, İstanbulun fəth tarixini də verir. Fateh Sultan Mehmet tərəfindən fəth edildiyi tarixi də verir. Həm də, 2016-cı il tarixi verir.

 

Önerilen