Yusif surəsi, 16-17, 22, 20-ci ayələrinin təfsiri

  • 10 yıl önce
Hörmətli Adnan Oktarın 17 fevral 2013-cü ildəki söhbətindən Yusif surəsi ilə bağlı izahlar.

ADNAN OKTAR: Şeytandan Allaha sığınaram. Yusif surəsi 16- "Onlar axşam ağlaya-ağlaya atalarının yanına gəlib."  Ümumiyyətlə, hücum etmək üçün, birinə pislik etmək üçün axşam vaxtların seçilər ki, insanlar mühafizəsiz olsunlar, kömək istəmək məcburiyyətində qaldıqlarında kömək istəyəcəkləri kəslər ya yatmış olarlar, ya həyatdan uzaqlaşmış olarlar. Aktiv bir həyat olmur axşam. Onun üçün hücm etmək istəyənlər ümumiyyətlə axşamı seçərlər. Yəni, pis niyyətlə hərəkət edənlər təbii ki. Bir də  "ağlar vəziyyətdə gəlirlər."  Oyun oynamaq istəyənlər həmişə ağlayaraq günahlandırarlar. Məsələn, bir müsəlmanı günahlandırmaq istəyən ağlayaraq, zırıldayaraq gəlir ki, təsirli olsun. Yəni, həm günahsız görünsün, həm də eşidənlərin duyğularını istismar etsin. İnandırıcı olmaq üçün göz yaşlarından istifadə edilər, taktika olaraq, pis niyyətli kəslər tərəfindən çox vaxt.

17- "Dedilər ki: "Ey Atamız, həqiqət budur ki, biz getdik, yarışırdıq."  Atamız deyə onun şəfqətini təsir etmək üçün atamız deyirlər.  "Həqiqət budur ki."  Yalançı adamların ilk etdiyi şey, and içərək başlayarlar. Bir çox insan elədir. Hər kəs üçün demirəm amma bir çox insanda bu belədir.  "Biz getdik yarışırdıq."  Yəni, idman edirdik, əylənirdik.  "Yusifi də yeməklərimizin (və ya əşyamızın) yanında qoymuşduq"   Baxın da o dövrdə belə, Allah ona mülkü əmanət edir, hz. Yusif (ə.s)-a. Yəni, balacaykən belə mülkü əmanət kimi olmaq xüsusiyyəti var.  "Lakin onu qurd yedi."  İnsanlar yalan danışmaq istəyəndə, müsəlmanlara sui-qəsd edəndə, oyun oynayanda, ağlasığmaz nalayiq oyunlar, ağlasığmaz böhtanlar atdıqlarını Allah Quranda göstərir.  "Qurd yeyib."  Məsələn, son dərəcə nalayiq, məntiqsiz bir iddia ilə ortaya çıxırlar.  "Onsuzda, biz doğrunu desək belə sən bizə inanacaq deyilsən."  Bir də qarşı günahlandıraraq, psixoloji təzyiq edirlər. Bu da bir psixoloji təzyiq üsuludur. Beləliklə, qarşı tərəfi daha müqavimətsiz hala gətirməyi məqsəd qoyan bir üslubdur.

Yusif surəsi, 22-" Yetkinlik dövrünə çatanda, ona hökm və elm verdik."   Hökm və elm. Məsələn, deyir ki, adam elmiylə öyünür. Allah deyir ki; "elmi Mən verdim" deyir. Baxın, "hökm və elm verdik" deyir. Heç kimdə hökm və elm olmur. Allahın yaratdığı qədər olur. Məsələn, "çox böyük alim" deyir. Elə bir şey olmur. Elmi Allah yaradır.

20- "O nu ucuz bir qiymətə, sayı müəyyən (bir neçə) dirhəmə satdılar. Ona çox əhəmiyyət vermədilər."  Bu da, hz. Mehdi (ə.s)-ı başlanğıcda insanların əhəmiyyət verməyəcəyinə işarə edən bir ayədir, Yusif surəsində.

 

Önerilen