Möminləri barışdırmaq ilə əlaqəli ayələrin təfsiri

  • 10 yıl önce
Hörmətli Adnan Oktarın 7 dekabr 2013-ci il tarixli söhbətindən möminləri barışdırmaq ilə əlaqəli ayələrin şərhi.

Adnan Oktar: (Hücurat surəsi, 10) Allah deyir ki: “Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın”. Bu fərzdir, yəni möminlər arasında inciklik olduqda onları barışdırmaq fərzdir. Gücün çatdığı qədər səy göstərəcəksən, səbəbə sarılacaqsan, istərsə olsun, istərsə də olmasın. Amma namaz vaxtı kimi, iki müsəlman camaatı, qrup mübahisə etdikdə ona müdaxilə etmək, onları barışdırmaq üçün səy göstərmək fərzdir. Sual oluna bilər ki, bu nə qədər təsirli ola bilər? Allah onu demir. Sən o ibadəti namaz kimi etməklə mükəlləfsən. Bizim də etdiyimiz budur, həmçinin mənim də etdiyim budur. İki müsəlman qrupun barışması üçün səy göstərirəm, amma təsiri Allah meydana gətirər. Yəni, bəlkə heç bir təsiri olmaz, bəlkə çox böyük təsiri olar, bəlkə dərhal nəticə verər. Bütün güc və qüdrət Allahın əlindədir. Allah deyir ki; “Allahdan qorxun ki, sizə rəhm edilsin”, yəni ola bilsin ki, sizə rəhm edilsin və pis əməllərdən çəkinəsiniz. “Andlarınıza görə Allahın adını”, budur andlarınıza görə Allahın adından istifadə edərək, “Allahdan qorxmanıza və insanlar arasında sülh yaratmanıza dair bir maneəyə çevirməyin. Allah Eşidəndir, Biləndir!” Məsələn, bəzən də and içir ki, mən bu hökuməti bir daha heç bir şəkildə dəstəkləməyəcəm. Halbuki, bax Allah deyir ki, Allahın adından istifadə edərək “Andlarınıza görə Allahın adını-deyir, yaxşılıq etmənizə, Allahdan qorxmanıza və insanlar arasında sülh yaratmanıza dair bir maneəyə çevirməyin, yaxşılığınız üçün Allahdan qorxun ki, sizə rəhm edilsin-deyir, Allah. (Hücurat surəsi, 10)

 Allah deyir ki: “Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur”. Xəlvətcə öz aralarında danışırlar. Məsələn, bir otağa girəndə xəlvətcə öz aralarında danışdıqlarını görürsən, başqa bir yerə gedirsən, yenə xəlvətcə danışırlar. Məsələn, mən açıqca danışıram, bir şey olanda açıq-açıq deyirəm. “Soruşduqları zaman onu danışdım, bunu danışdım” deyirəm. “Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Sədəqə verməyi və ya yaxşılıq etməyi yaxud da insanlar arasında sülh yaratmağı əmr edən şəxsin pıçıldaması isə istisnadır”. Yəni, bu təqdirdə gizlində olsa belə, insanları barışdırmaq məqsədilə danışıqlar və söhbət aparıla bilər. Məsələn, mən orada xəlvətcə danışırdım, amma indi açıq danışıram. “Kim bunu Allahın razılığını qazanmaq üçün edərsə, Biz ona böyük mükafat verərik”. (Nisa surəsi, 114)

“Möminlər ancaq qardaşdırlar” şeytandan Allaha sığınıram.  Allah “qardaşdırlar” deyir. “Elə isə qardaşlarınızı barışdırın”. Bu fərzdir, namaz kimi fərzdir.

Category

Önerilen