Möminlərin arasını düzəltmək ilə əlaqədar ayələrin təfsiri-2

  • 10 yıl önce
Hörmətli Adnan Oktarın 19 dekabr, 2013-cü il tarixli söhbətindən möminlərin arasını düzəltmək ilə əlaqəli ayələrin şərhi.

ADNAN OKTAR: Allah Hücurat surəsi, 10-cu ayədə buyurur: "Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!"

"Hamınız Allahın ipindən yapışın", yəni islama, Qurana hamınız, bütün müsəlmanlar sarılın. "Parçalanıb ayrılmayın" Camaatlara, qruplara ayrılmayın, param-parça olmayın. "Və Allahın sizin üzərinizdəki nemətini xatırlayın" Şeytandan Allaha sığınıram; "siz bir-birinizə düşmən idiniz" Bir-birinizə həsəd edən, bir-biriylə mübarizə edən düşmənlər idiniz.  "O, sizin qəlblərinizi birləşdirdi" Deməli, ürəklərin arasını uzlaşdırmaq, birləşdirmək, isindirmək lazımdır. Allah qullarını vəsilə edir, inşaAllah. "Və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz." Deməli möminlər qardaşlar olaraq sabahlamalıdırlar. "Siz odlu bir uçurumun lap kənarında idiniz." Məsələn, hal-hazırda müsəlmanlar islam aləmini  yox etmək istəyirlər. Möminlər odlu bir uçurumun kənarındadırlar. İslamofobiya məşhurdur, hər yerdə müsəlmanları kütlə halında öldürürlər, şəhid edirlər. "Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi." Allah mehdiyyətlə qurtaracaq inşaAllah. "Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz." (Ali-İmran surəsi, 103) Yəni mehdiyyət onsuz da hidayətə vəsilə olma mənasını verir.

Ənfal surəsi, 1-ci ayə, şeytandan Allaha sığınıram, Allah "Əgər möminsinizsə" deyir. Bax "əgər möminsinizsə Allahdan qorxub çəkinin və aranızı düzəldin. Allaha və Rəsuluna itaət edin". Allah "Aranızı düzəldin" deyir. Müsəlmanların arasının pozulması haramdır. Allah "Əgər möminsinizsə" deyir, bax şərt qoyur Allah. "Qorxub çəkinin və aranızı düzəldin. Allaha və Rəsuluna itaət edin"

Ənfal surəsi, 46-cı ayə, şeytandan Allaha sığınıram. "Allah və Rəsuluna itaət edin, bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz." Beyni pozulmuş, əzgin hala düşərsiniz, hər kəs sizi əzər. Daşındırıcı (caydırıcı) gücünüz olmaz. "Səbir edin. Şübhəsiz Allah, səbir edənlərlə bərabərdir" 

 Allah Ənfal surəsi, 73-cü ayədə buyurur; "İnkar edənlər bir-birlərinin vəliləridir." Məsələn, kommunistlər bütün dünyanın hər yerində bir-birlərini dəstəkləyirlər. Bir-birlərinə kömək edirlər, bir çoxu elədir. "Əgər siz bunu etməsəniz" Müsəlmanlar bunu etməsə, "bir-birinizə kömək etməz və dost olmasanız, yer üzündə böyük bir fitnə-fəsad olar." Bax, bütün yer üzündə. Allah "Bütün islam aləminə istiqamətli bir təxribat, fitnə-fəsad meydana gələr,  islam aləmi bir-birinə dəyər, məhv olarsınız" deyir.

Ali-İmran surəsi, 105-ci ayə "(Allah tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra," Quranın hökmü açıqlandıqdan sonra "bir-birindən ayrılan" camaatlara, təriqətlərə, məzhəblərə parçalanıb ayrılan "və anlaşılmazlığa düşənlər kimi olmayın" indi olduğu kimi "və ixtilaf törədən şəxslər kimi olmayın!" Haramdır. "Onlar böyük bir əzaba düçar olacaqlar."

Hücurat surəsi, 9-cu ayə: "Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa" Bir-birləriylə mübarizəyə, döyüşə, ziddiyyətə girsələr. "Onları dərhal barışdırın." Fərzdir. Edərsən, edə bilməzsən, o ayrı məsələdir. Yəni hər bir insan buna niyyət edib cəhd göstərməklə mükəlləfdir. Təqdir Allahdandır. Yəni edə bilməzsənsə, edə bilməzsən. Cəhd göstərməlisən. "Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər vuruşun." Tək tərəfli bir-birinə hücum edirsə, onu dayandırmağa çalışın. "(Təcavüzkarlıq edən Allahın əmrinə) qayıtsa", yəni Quranın hökmünü qəbul edib qardaş olsa, dönsə. "Bu vəziyyətdə ədalətlə aralarını düzəldin" iki tərəfi tarazlayın, ədalətli olun. "Və hər mövzuda insafla davranın" ədalətli davranın, məqbul, münasib davranın. "Şübhəsiz, Allah insaflıları sevir." Ədalət mehdiyyətin təməl xüsusiyyətidir. 

Allah Ənfal surəsində buyurur, şeytandan Allaha sığınıram. "Allaha və Rəsuluna itaət edin", yəni Peyğəmbərimiz (s.ə.v)-ə bağlılıq, Qurana itaət. "Bir-birinizlə çəkişməyin." Bu "bir-birinizlə çəkişməyin" ayəsini qardaşlarımız paylaşsınlar, inşaAllah. 8-ci surə 46-cı ayə "bir-birinizlə çəkişməyin."

Category

Önerilen