Bəqərə surəsi, 249-253-cü ayələrinin təfsiri

  • 10 yıl önce
ADNAN OKTAR: Bəqərə surəsi 249, "Talut, orduyla birlikdə ayrılanda dedi ki: "Doğrusu Allah sizi bir çayla sınayacaqdır." Talut o dövrün Mehdisi, peyğəmbər deyil, o dövrün Mehdisidir. "Doğrusu, Allah sizi bir çayla sınayacaqdır. Kim ondan içərsə, artıq o məndən deyil və kim də - əliylə bir ovuc götürmək xaric - onu dadmazsa məndəndir." Məsələn, suyu içmək halaldır, suyun başına gedən bir insan istədiyi qədər içər. Amma deməli, lider olan insan halal olan bir şeyi də lazım olsa, dinin mənfəəti varsa, İslamın mənfəəti varsa, məhdudlaşdıra bilər, faydası açıqsa, hərəkət məhdudlaşdırması edə bilər. "Kiçik bir hissəsi xaric (hamısı sudan) içdi" dinləmirlər. İmama, liderə itaətin əhəmiyyətini Quran vurğulayır. "O, özüylə birlikdə iman edənlərlə (çayı) keçərkən onlar (geridə qalanlar): "Bu gün bizim Caluta" o dövrün dəccalına, "və ordusuna qarşı" dəccalın ordusuna qarşı "gələcək gücümüz yoxdur" dedilər." Bunun əbcədi də 1942-ci ili verir, II Dünya müharibəsi dövrü. "(O zaman) Şübhəsiz Allaha qovuşacaqlarını ümid edənlər (belə) dedilər: "Nə çox kiçik birlik, sayca daha çox olan bir birliyə Allahın izniylə qalib gəlmişdir" Bax, "Nə çox kiçik birlik, sayca daha çox olan bir birliyə Allahın izniylə qalib gəlmişdir."  "Allah səbir edənlərlə bərabərdir." Bunun əbcədi 2010 tarixini verir. Tam 2010, inşaAllah. Talutun ordusu, Peyğəmbərimiz (s.ə.v)-in hədislərindən də məlumdur, 313 nəfərdir. Hətta Peyğəmbərimiz (s.ə.v) deyir, hz. Mehdi (ə.s)-ın tələbələrinin sayını ifadə edərkən, "Talutun ordusu qədərdir" deyir. Talutun ordusu nə qədərdir? 313 nəfər. Burada o zaman hz. Mehdi (ə.s) nəzərdə tutulur, hz. Mehdi (ə.s)-a işarə edilir. Bu ayə doğrudan da hz. Mehdi (ə.s)-a işarə edən bir ayədir. "Onlar Calut və ordusuna qarşı", Calut o dövrün dəccalıdır. "Və ordusuna qarşı meydana (döyüşə) çıxdıqda dedilər ki: "Rəbbimiz, üzərimizə səbir yağdır, addımlarımızı sabit et (ayaqlarımızı güclü et, sürüşdürmə) və kafirlər birliyinə qarşı bizə kömək et." Deməli, müsəlmanlara bir hücum olanda müsəlmanlar nə deyəcək? "Rəbbimiz, üzərimizə səbir yağdır, addımlarımızı sabit et, ayaqlarımızı sabit et, sürüşdürmə və kafir birliyinə qarşı bizə yardım et," dəccal ordusuna qarşı bizə kömək et. "Beləcə, onları Allahın izniylə məğlub etdilər." Şəddəsiz 1999, şəddəli 2029 tarixini verir. "Beləcə, onları Allahın izniylə məğlub etdilər." İnşaAllah 2029-cu ildə bitmiş olacaqdır. "Davud Calutu öldürdü" o dövrün dəccalını öldürür. "Allah da ona mülk və hikmət verdi; ona istədiyini öyrətdi. Əgər Allahın insanların bir qismi ilə bir qismini dəfi (maneə törətməsi) olmasaydı, yer üzü mütləq fəsada uğrayardı. Ancaq Allah aləmlərə qarşı böyük fəzl (və lütfkarlıq) sahibidir". "Əgər Allahın, insanların bir qismi ilə bir qismini dəfi (maneə törətməsi) olmasaydı," dəccal ordusunu Mehdi (ə.s) ordusu ilə Allah maneə törədir, budur, aradan qaldırır. Quran ona işarə edir. "Ancaq aləmlərə qarşı Allah böyük fəzl və lütfkarlıq sahibidir. Bunlar Allahın ayələridir; onları sənə bir haqq olaraq oxuyuruq. Sən də göndərilən elçilərdənsən. Bu elçilər; bir qismini bir qisminə üstün etdik. Onlardan Allahın özləriylə danışdığı və dərəcələrlə yüksəltdiyi vardır. Məryəm oğlu İsaya açıq-aşkar dəlillər verdik" bu da 2017 tarixini verir. Hz. İsa (ə.s)-ın fəaliyyətlərinin ən sıx olduğu illərdir, inşaAllah. "Onu Ruhul-Qudüslə (Müqəddəs Ruh ilə) dəstəklədik." Müqəddəs ruhla dəstəklədik. "Əgər Allah istəsəydi, özlərinə açıq-aşkar dəlillər gəldikdən sonra, onların arxasından gələn (ümmət)lər, bir-birlərini öldürməzdi" Ələvi-şiə döyüşü, vəhhabi döyüşləri və yaxud digər protestantların, evanjeliklerin, katoliklərlə olan döyüşləri. "Bir-birlərini öldürməzdi. Ancaq ixtilafa düşdülər; onlardan kimi inandı, kimi inkar etdi. Allah istəsəydi, bir-birlərini öldürməzdilər." Onu qədərdə yaradan Mənəm deyir Allah. "Amma Allah dilədiyini edəndir." "Artıq kim tağutu" dəccaliyəti, "tanımayıb Allaha inansa, o, sağlam bir qulpa yapışmışdır", Urvət-ül Vusqa, Hablillahil Mətin, Allahın ipi. "Bunun qopması yoxdur". Allahın qopmaz, qoparılmaz ipi, Quran, doğru yoldur. "Allah eşidəndir, biləndir."

 


 

Category

Önerilen